Bezdim artıq sənsizlikdən..Yoruldumm..Artıq dayanmağa nə səbrim, nədə ki, gücüm qalmıyıb.. Sənsizliyin agrısı ilə tükənirəm.. Nə qədər daha dəvam edəcək bu zülmət verici günlər..? Niyə məni tərk etdin? Niyə məni yarı yolda buraxdınki? Niyə həə niyəə?? Bezdim artıq bu cavablarını verə bilmədiyim suallardan.. Hər şeyi məhv etdin. Buraxdın məni getdin... Həmdə cuzi bir məsələyə görə. Heç nəyi aydınlaşdırmağa çalışmadan.. Məni dinləmədən getdin...Bir göz qırpımında çıxdın həyatımdan..
Yenə gecə yenə pəncərənin qarşısında oturmuşam və yenə parıltısında səni gördüyüm ulduzu seyr edirəm..Bu gecə səni düşünərkən kirpiklərimin arasından bir damla yaş gəldi. O bir damla göz yaşı yanağımdan süzülərək yerə düşdü. O qədər ağır-ağır süzülürdü ki, yanağımdan sanki göz yaşım dilə gəlib sənin üçün tökülməkdən bezdiyini söyləyirdi. Və o damla son oldu. Sənin üçün tökdüyüm göz yaşının sonuncu damlası ilə hər şeyin bitdiyini anladım. Anladım ki, unudulmağa layiq olan unudulmalıdır. Əks halda əzab çəkən, illərini hədər keçirən, göz yaşı tökən sən olursan. Bəlkə gec oldu amma anladım..
Söz verdim artıq özümə səninlə bağlı xatirələri hətta adını anmayacağıma. Artıq çox şeyi xatırlamıram. Keçmiş, bitmiş günlər kimi keçmişdə qoyuram səni...
ƏLVİDA!!! - bir zamanlar bütün varlığıma sahib olan.
ƏLVİDA!!! - bütün acılı-şirinli hissləri mənə daddıran.
ƏLVİDA!!! - göz yaşlarıma səbəb olan.
ƏLVİDA!!! - mənə sevincdən çox kədər bəxş edən.
ƏLVİDA!!! - qərarsız sevgilim.
ƏLVİDA!!! - KEÇMİŞİM ƏLVİDA!!!
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi varmı?