Qısqanclıq 54 Bölüm
*Əli Laləni evə gətirir Əli bütün yol boyu danışır Laləni inandırmağa çalışırdi evə getməməyi bir yerlərə gedib danışmağı təklif etsədə Lalə istəmirdi evə gedib dərslərimi öyrənəcəm mənə maraqlı deyil Şəbnəm inandırmaqda lazım deyil əyər səni məndən ayırarsada çox sevinərəm
Əli:Lalə sən nə danışırsan belə eləməklə mənə əzab verirsən məni heçmi istəmirsən heçmi maraqlı deyil sənə
Lalə:yox maraqlı deyil
Əli Lalənin sözlərinə pis olsada daha heç nə demirdi çünki bilirdi danışsa söhbət böyüyəcək davaya çevriləcək oda səssiz dayanır Lalə evə girən kimi əynini dəyişib yerinə uzanır artıq heç nə düşünə bilmirdi bu işin necə olacağını necə bitəcəyini bilmirdi Əlidən nə etsədə canını qurtara bilmiyəcəyini düşünürdü......
Əli isə restorana gedir orda Şahin bəylə rastlaşır Şahin biraz Əli ilə söhbət etdikdən sonra ona təşəkkür edir Elnura köməklik etdiyinə görə və onu ailəvi bir yeməyə dəvət edir bir gün bizə gəl ailəlikcə yemək yeyək söhbət edək eşitdiyimə görə nişanlısan nişanlınıda al gəl bizə
Əli əvvəlcə:çox sağolun Şahin bəy ama ehtiyyac yoxdu ....desədə Şahin yox sən oğluma yetərincə köməklik etdin işlərin çoxun sən edirsən bir təşəkkür yeməyini çox görürsən etiraz istəmirəm sabahda birigündə vaxtın olduğu gün gəlirsən bizə yaxşı.....Sonda Əlidə razılaşır onunla..sonra otağına keçib Şəbnəmdən necə qurtulacağını düçünür biraz keçdikdən sonra durub otaqdan çıxır və Şəbnəmin evinə gəlir Şəbnəm Əlini qarşısında görüncə gülümsünür və yaxınlaşıb Əli ilə görüşür Əli isə qolu ilə Şəbnəmi itəliyərək içəri keçir və neyçün onu axtardığını soruşur
Şəbnəmsə Əlinin onun evinə gəlməsindən əlindən gəldiyincə istifadə etmək istiyirdi əvvəlcə içki süzüb Əliyə gətirir
Əli:mən bura səninlə qalmağa gəlməmişəm nə istiyirsən de qutar
Şəbnəm Əlinin yanına oturaraq :mən əslində səni istiyirəm bunu səndə bilirsən bəlkə hər şeyi unudaq əvvəlki kimi yenə
Əli ayağa duraraq:nə deyirsəne sən nə əvvəlki kimi hər şey bitdi dedim sənə niyə anlamırsan
Şəbnəm ayağa qalxaraq arxadan Əlini qucaqlayır:Əli səninçün çox darıxmışam xahiş edirəm getmə qal burda
Əli:yox qala bilmərəm mən səni istəmirəm burda qalmaq istəmirəm başa düşmürsən
Şəbnəm:niye o balaca f.... Gözüvü bağlayıb sənin
Əli sanki dəliyə dönür Şəbnəmin belə danışmasına Şəbnəmin boğazından tutaraq divana oturdur:q.... Səni öldürərəm başa düşdün onun adına birdə elə bir şey de səni burdaca boğub öldürərəm
Şəbnəm Əlinin əllərindən tutub buraxmasını istiyirdi ama Əli elə əsəbi idiki Lalənin danışıqlarının acığını Şəbnəmdən çıxırdı sanki birdən Şəbnəmin boğulduğunun fərqina varıb boğazını buraxır Şəbnəm divandan yerə düşürək öskürür boğulmuşdu əməlli başlı
Əli:Şəbnəm səni birdə ətrafımda görmüyüm bu səninçün pis olar eşitdin mən bu dəfə sənə heç nə etmirəm ama birdə birdə qarşıma çıxsan özündən küs....deyərək evdən çıxır....Beləcə bir gündə sonlanırdı səhər açılınca Lalə hazırlanıb dərsə gedir Əli yolda Laləyə onunla restoranı satdığı adamın evinə axşam yeməyinə gedəcəylərini onları qonaq çağırdığını deyir Lalə getmək istəmədiyini özün tək get desədə Əli Şahin bəyin ikisini çağırdığını getməsək hörmətsizlik olar deyincə Lalədə məcburən razı olur Əli dərsdən çıxınca evə gəlib hazırlanarsan gedərik deyir....
Şahin bəy evdə yoldaşına hazırlıq etməsini qonaqları olacaığını deyincə Şahinin yoldaşı Azadə xanım köməkçilərlə yeməklər hazırlayır Elnur səhər durub hazırlanıb evdən çıxınca Şahin ona axşam evə tez gəlməsini axşama qonaqları olacağını deyir
Elnursa mən gec gələcəm
Şahində həmin qonaqların Əli ilə nişanlısı olacağını deyincə
Elnur:bizim Əli
Şahin:hə restorandakı sənə çox kömək edir bir təşəkkür yeməyi dedim dəvət etdim
Elnur:yaxşı ata onda gələrəm
Lalə dərsdən çıxdıqdan sonra Əli onu gəlib götürür özü hazır gəlmişdi Lalənin hazırlanması üçün evə gətirir Lalə içəri gedib əynini geyinməyə bir şey axtarır elə bir şey geyinməli idiki Əli onu bəhanə etməsin nəhayət çox sadə diz üstü krem rəngi donunu geyinib saçların açır üzünə çox sadə makyaj edib otaqdan çıxır Əli Lalənin hazırlandığını görüb ayağa qalxaraq:Canım toya getmiriye sadəcə yeməkdi
Lalə:bundada bir şey tapmayacaqsanki
Əli:yaxşı yaxşı heç nə demirəm...
Beləcə Əli Lalə ilə birlikdə çıxıb Şahin bəyin evinə gəlirlər..Şahinin yoldaşı Azadə xanım isə süfrəni düzəltməkdə xadiməyə kömək edirdi artıq hər şey hazır idi Azadə sonda masanın üstünə dairəvi bir güldanda güldə gətirib qoyur Şahin isə Azadəyə zarafat edərək:Ay xanım camaatı bura gül yeməyə çağırmamışame yemək yeməyə çağırmışam
Azadə:səndəki ay Şahin hər şeyə bir söz deməsən olmur ki
Şahin:yaxşı de görüm sənin gülməşəkər oğlun harda qaldıyee qonaqlar gələcək indi
Azadə:ay Şahin uşaqnan işin olmasın gələcəkdə
Şahin:nə uşaq onun tayları uje evlənib ata olublar 26yaşı vare hələ bir tərpəniş yoxdu bu hacan evlənəcək?
Azadə:evlənər narahat olma....
Əli ilə Lalə artıq onların evinə çatmışdılar Lalə özüdə səbəbin bilmədən içində bir həyacan vardı
Şahin bəy qapının zəngin eşidib ayağa qalxaraq:deyəsən gəldilər,köməkçi qapını açır Əligili içəri dəvət edir Azadə xanımla Şahin bəydə salondan çıxıb çox mehribancasına qonaqların qarşılayıb içəri dəvət edirlər içəri girdikdən Əli Laləyə(zarafatca royalı göstərərək)Lalə bax burda pianinanın anasi var
Lalə:Əli royal demək istədin deyəsən
Şahin bəy də söhbətə qoşularaq:Məndə elə deyirəm ay oğlum fərqi nə diye royal pianina ikisidə eyni alətdidə)
Azadə:ehh qızım onlar nə bilirlər ki musiqidən anlayış yoxdu qınanmalı deyilki ama tərifləmək kimi olmasın böyük oğlum yaxşıdı ki atasına oxşamayıb incə ruhludu kiçik oğlum eynən atasıdı heç nə vecinə olmaz ama böyük oğlum hər şeyi düşünən yerini biləndi
Beləcə söhbət davam edirdi Lalə ürəyində düşünürdü ki evdə başqa heç kəs olmuyacaq heç olmasa Əli burdada dava salmaz rahat bir axşam keçirər ama hələ irəlidə kimi görəcəyindən xəbərsiz idi....
Şahin bəy:Hə qızım sənin bir anlayaşın var bu pianinan anasından yoxe royaldan??
Lalə elə nəsə demək istiyirdiki
Əli:həə çox gözəl ifa edir keçənlərdə mənə bir mahnı ifa etdiki
Şahin bəy:həə??bəlkə bizdə qulaq asaq??
Lalə(Əlinin əlini sıxaraq)Yoxxx mən elə belə onu ifa etmişdim belə yadımda deyil
Əli:yoxx utanır yadındadı bilirəm
Azadə:ay qızım bizdən niyə utanırsan ki gəl gəl ifa et qulaq asaq
Lalə:şeyy Azadə xanım mən belə yaxşı bir şey deyil eləsinə ifa etmişdim
Azadə:olsun yenədə qulaq asarıq
Şahin bəy:ay qızım sən Allah əsər məsərdisə çalma mən onlara qulaq asanda başım ağrıyır elə bir şey olsun ki biz başa düşək
Azadə:sən onlara fikir vermə ürəyindən nə keçirsə onu ifa et nə istəsən(Lalənin əlindən tutaraq royalın qarşısına gətirir və oturdur Lalə çox utanırdı özünü zalda insanların qarşısında konsert verirmiş kimi hiss edirdi halbuki kollecdə tez tez elə konkrusdar olurdu zalda adamların qarşısında ifa etməkdən utanmırdı ama burda 3 adamın qarşısında ifa etməkdən çəkinirdi o yavaşca barmaqların royalın dillərinə toxunduraraq mahnını ifa etməy başladı həmin an o oğlanı gözünün onundə canlandı sanki
Elnur maşının həyətdə saxlayaraq evə gəlir qapını açıb içəri girir salondan səs gəlirdi Elnur salona doğru gəlir və qapının ağzında durub royalda kimin ifa etdiyinə baxır və gözlərinə inana bilmir bu həftələrdir onun gözünə görsəndiyini sandığı qızdı bir an yenə xəyal gördüyünü sanır başını aşağı əyərək gözlərin möhkəmcə sıxıb yenə baxır:yox yox bu dəfə xəyal deyil neçə vaxtdı axtardığım qız bizim evdədi Allahım bu nədi belə daha onu gözümdən qaçırda bilmərəm
Azadə qapıda Elnuru görüncə divandan qalxıb ona tərəf gedir:Elnurr oğlum orda niyə dayanməsan gəl içəri
Lalə qapıya tərəf baxınca şok olur barmaqları ilə royalın bir necə dilinə basır və tez əllərin qaldıraraq ayağa durur. Aman Allahım bu o oğlandı onun burda nə işi var axı Elnurda eyni vəziyyətdə idi hələdə bir şey anlamırdı içində çox böyük bir sevinc var idi:Ana o qızz
Azadə:hə oğlum Əlinin nişanlısı
Elnur sanki tok vurur bu sözü eşidincə nişanlısı?? kimin? Nişanlısı??
Azadə:aaa oğlum Əlinində tanımırdın ..
Elnur yerindəcə donub qalmışdı Əli divandan qalxaraq Elnurla salamlaşır Elnura hələdə heç nə çatmamışdı eləcə donub qalmışdı bu necə ola bilər axı həftələrdir gördüyüm qız indi başqasının nişanlısı çıxdı həmdə o insan mənim şərikim tanışım olan Əlinin ay Allah bu nədi belə niyə niyə yalnış zamanda çıxardın qarşıma...Elnur ürəyində bunları düşünərkən Lalədə tez Əlinin yanına gəlir Azadə xanım Elnurun belə dayanmasını anlamırdı:oğlum nə olub sənə yaxşısan
Elnur(yuxudan ayılır sanki)həə hə yaxşıyam bağışlayın (Laləyə baxaraq-sizdə xoş gəlmisiz əlini Laləyə uzadır Lalə tərəddütdə idi əl tutsun yoxsa yox ama tutmasada ayıb olardı artıq o əlini uzatmışdı Lalə Əliyə baxır elə heç nə demədən sakit durmuşdu sonra Elnura baxaraq əlini uzadır və onunla əl tutur o an Elnur çox həyəcan keçirmişdi ürəyi əsirdi nə baş verdiyini özüdə anlamırdı.......Artiq biraz keçmişdi hamı süfrə başında idi
Azadə xanım evdə köməkçisi ilə bərabər bugünə çox gözəl yeməklər hazırlamışdı ama bu yeməklər öz oğlu Elnurun və Lalənin boğazından keçmirdi masada Şahin bəy danışır Əli və Azadədə ona qoşulurdu yalnız Elnurla Lalə səssiz idi Elnur cəngəl ilə yeməyə batırır çıxarırdiı heç nə yeyəsi halda deyildi gözünün qarşısından getməyən, həmişə gördüyü anda gözdən itirdiyi xəyal zənn etdiyi qız indi qarşısında oturmuşdu ama ona nə qədər yaxın olsada bir o qədərdə uzaq idi çox çətin vəziyyətdə idi
Şahin də oğlunun belə səssiz qaldığını görüb:Elnur sənə heç nə olmadığına əminsən çox sakitsən?
Elnur fikirlərindən ayrılaraq:yox heç nə olmuyub yorğunam biraz həm həmdə bayaq yolda gələndə bir hadisə ilə rastlaşdım
Şahin:nə hadisə
Elnur:bir qız gördüm üzü gözü pis halda idi
Lalə(içidiyi su boğazında qalır- ohu ohu Əli tez Laləyə çevrilərək)nə oldu Lalə yaxşısan
Lalə:yaxşıyam (gözünü Elnura zilləmişdi onun nə deyəcəyinə baxırdı:yoxsa o məni deyir ay Allahım bircə məni deməsin Əliyə heç cürə izah edə bilmiyəcəm
Elnur(Laləni düşünərək bu söhbəti açmışdı çünki Laləni o vəziyyətdə görüncə onu kimin o hala gətirdiyini düşünürdü)
Elnur:hə onu deyirdim axı qız az qala maşının altında qalacaqdə
Azadə:hiii yoxsa bir şey oldu qıza
Elnur:yox ana narahat olma maşını tez saxladım düşdüm qıza baxdım çox pis vəziyyətdə idi üzü gözü göm göy yara idi nə olduğunu soruşdum oda sevgilim məni döyüb dedi elə pis oldumki
Azadə:Allah cəzasın versin
Şahin:bu camaatda üzə baxe yazıq qız sənə neynib denən atası anası onu səninçün böyüdübki sən döyəsən
Elnur belə deyərək Lalə ilə Əlinin reaksiyasına baxmaq istiyirdi Lalə qıpqırmızı qızarmışdı oda hiss edirdi Elnurun bilərək belə bir söhbət açdığını Əlidə yediyi tikələr boğazına düzülmüşdü ama özünü o yerə qoymur çox sakit rahat davranırdı
Əli:hə Şahin bəy çox düz deyirsiz utanmırlar qadına əl qalxar heç onlar çox zərifdilər biz kişilər onların ancaq nazın çəkməliyik day əziyyət verməli deyilik
Lalə Əlinin sözlərini eşidincə inana bilmirdi bunu Əli deyirdi halbuki o Lalənin başına nə oyunlar açırdı Lalə Əliyə baxaraq sanki gözləri ilə Əliyə sözünü deyirdi Əlidə anlayırdı niyə baxdığını Laləyə:hə Lalə düz demirəm
Lalə:hmm düz deyirsən hələ bir utanmaz utanmaz özlərinə adam deyirlərdə
Şahin:ay qızım nə adam elələri heç kişidə sayılmır çox vare bu dəqiiqə Azərbaycanda 100ailənin 60-da şiddət var özdərini onunla kişi hesab edirlər kişilik qadınına əl qaldırmaq deyil onu qorumaqdı.
Elnur düşündüyünü tam görməsədə azda olsa hiss etmişdi ki bunu Əli etmiş ola bilər...Əliyə nifrətlə baxırdı həm Lalə onun yanında olduğuna görə həmdə əyər doğurdanda Laləni o hala Əli salıb deyə.
Artıq yeməklərin bitirmiş hamı eləcə söhbət edirdi Lalə nə vaxt başın qaldırsa Elnurun baxışlarına tuş gəlirdi çox həyəcan keçirirdi içində həm Əlinin bir şey anlamasından qorxurdu həmdə Elnurun ona belə baxmasını analaya bilmirdi Əli isə nədənsə Elnura o qədərdə fikir vermir Şahinlə söhbətdə idi hərdən Laləyə baxırdı tebii olaraq,biraz keçmişdiki Şahin masadan qalxıb:mən indi gəlirəm deyərək otaqdan çıxir elə bu an Əlinin telinə zəng gəlir Əli teli götürərək :bağışdıyın danışıb gəlirəm
Azadə:eybi yoxdu oğlum
Əli teli götürərək bayıra çıxır zəng edən bacısı Bahar idi Əli onlara gəlmələrini Lalənin anası ilə toyu danışmalarını demişdi...
Azadədə ayağa qalxaraq masanı toplamağa başlayır Lalədə kömək etmək istiyir əslində bu bahəneə ilə otaqdan çıxmaq Elnurla tək qalmaq istəmirdi Azadə məcburən Laləni oturdur və köməyçi ilə həll edəcəyini deyir Elnurda sanki bu fürsəti gözlüyürdü anası çıxan kimi Laləyə:Onu Əli eləmişdi hə??
Lalə:başa düşmədin nəyi?
Elnur:Lalə xahiş edirəm düzün de Əli səni o vəziyyətə salmışdı əyər o edibsə mənə de mən sənə kömək edə bilərəm inan mənə
Lalə:yox!sizi başa düşmürəm bu nə deməkdi nə kömək
Elnur:Lalə bilirəm bəlkə gülməli olacaq sənə ama mən səni həftələrdir görürəm hər dəfədə qarşılaşdıqdan sonra səni itirirdim axtarırdım ama tapa bilmirdim hətta sənin xəyal olduğunu zənn edirdim indi səni burda görüncə elə çox sevindimki həmdə çox pis oldum
Lalə:niyə??
Elnur sözünə davam etmək istəyirdiki Şahin bəy otağa gəldi:hə uşaqlar siz tək qalmısız bəs mənim dostum Əli hara getdi
Elnur masadan qalxaraq:bilmirəm ata
Şahin:sən hara??
Elnur:heç gəlirəm
Elnur öz otağına gedir hələdə özünə gələ bilmirdi:axı niyə niyə o başqasına aiddi Allahım o zaman niyə onu mənim qarşıma çıxarıb ağlıma ürəyimə girməsinə yol verdin axı bu düzgün hərəkət deyil başqasının sevdiyinə nişanlısına göz dikmək bu əclaflıqdı mən belə bir şey edə bilmərəm....
Əli bayırda danışıdıqdan sonra yenidən salona qayıdır Şahin Əlini görüncə:Əli hara yoxa çıxdın?
Əli:heç Şahin bəy telefonla danışırdım İnşallah xeyir işə görə
Elnurda artıq aşağı düşmüş salona geri qayıdırdı
Azadə:aaa kimin xeyir işi?
Əli:bizim Lalə ilə mənim..
Elnur çox pis olur gec tapdı tezdə itirirdi Laləni
Şahin:ooo təbriklər uje toy hə?
Əli:hə toy bizimkilər Qazaxıstannan gəlib danışmalıdılar
Azadə:Allah xoşbəxt eləsin oğlum
Şahin:bizidə unutmarsanda toyda
Əli:heç elə şey olar sizdə dəvətlisiz
Azadə:həə sağ əlin mənim oğlumun başına
Əli arxaya çevrilərək Elnura:Hə Elnur gəl sağ əlimi çəkim başına:))
Şahin:əşi o özü istəmədikdən sonra sağ əl neynəsin sol neynəsin... Deyərək qəh qəhə çəkir....Beləcə gecə davam edirdi artıq çayda içdikdən sonra Lalə ilə Əli ayağa qalxaraq getmək istəyirlər Şahin bəy birazda oturmalarını istəsədə onlar razılaşmır başqa vaxtda qalsın deyərək onlarla sağollaşıb ordan çıxırlar Elnur Lalənin ardınca baxa qalmışdı hər dəfə Laləni gördüyündə onun arxasınca qaçıb axtaran Elnur indi öz gözü görə görə onu Əli ilə getməsinə baxırdı çox pis vəziyyətdə idi Əligilin çıxması ilə Elnurda evdən çıxıb maşına minərək dostu Rəsulun yanına gedir.
Əli isə çox sevincli idi yol boyu Laləyə nənəsinin sabah gələcəyini və onlara toyu danışmağa gedəcəyini deyirdi Lalə isə sanki Əlini eşitmirdi Elnurun dediyi sözlər eşidilirdi qulaqlarında:Mənə de mən kömək edə bilərəm sənə inan mənə
Əli:Lalə Lalə məni eşitmirsən
Lalə(yuxudan ayılır sanki)həə nə deyirdin?
Əli:nə olub sənə???toyu deyirəm bizim restoranda edək yoxsa başqa???
Lalə:bilmirəm mənimçün fərqi yoxdu
Əli:niyə fərqi yoxdu sənin toyundu mənim toyumdu bizim toyumuzduyee niyə belə danışırsan bütün həvəsimi öldürürsən
Lalə:sənin toy sevincin ölməsin deyə sənə rol oynuyası deyiləm özündə yaxşı bilirsənki mən nə bu toyu nədəki səni istəmirəm
Əli(dişlərin qıcıyaraq) Laləəəə sənə demişəmki səsini qaldırma!!!istəsəndə istəməsəndə bu toy olacaq vəssalam!!
Lalə evə çatar çatmaz əynin dəyişib özün yatağa atır artıq ağlamaq Lalə üçün adi bir hala çevrilmişdi hər gecə ağlamadan yata bilmirdi ancaq stresi ağlamaqla çıxara bilirdi başqa əlindən bir şey gəlmirdi (ən azından o belə düşünürdü)
Beləcə səhər yavaş yavaş açılırdı Əlinin nənəsigili səhər tezdən gəlib çıxmışdılar biraz dincəldikdən sonra yola çıxacaqdılar Lalə zəng vurub anasına demişdi gələcəklərini..
Elnur isə dostu Rəsulun evində gecələmişdi gecə boyu Rəsulnan barda içmiş bütün olanları Rəsula danışmışdı oda inana bilmirdi belə bir hadisənin olduğuna ama bu həqiqət idi Elnurun bilmədən vurulduğu qız onun şərikinin nişanlısı idi..
*
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 460 Bölmə: Sevgi varmı?