İndi Bakının ən hündür
yerindəyəm Ayağımın altında
mavi Xəzər, Bir yanımda
əbədiyyət yuxusuna gedən
insanlar, Digər tərəfimdə isə bu
yuxuya namizəd bir neçə gənc...
Birdə əsən küləyin soyuğundan
üşüyən mən varam Niyə
burdayam??? Niyə ayaq Üstə
durub yuxusuzluğuma məhəl
qoymadan bu ağ vərəqi
doldururam??? Bilmirəm, ADINI
SƏN QOY...Tez-tez telefona
baxıram, Hər zəng, hər mesaj
məni bir az daha Ümidləndirib
həyata bağlayır, Adlarını görənə
kimi... Şaxtadan göyərmiş
əllərimə baxıram Dünənimə və
bu günümə baxıram. Dünən
isinmək üçün səmimi bir əl var
idi ovcumda Amma indi yun
əlcək axtarıram... Hər halda onun
daha sadiq olduğuna inanmağa
başlamışam Nədir bu yalnızlıq,
nədir bu tənhalıq, Bilmirəm,
ADINI SƏN QOY...Yollara
baxıram... Sənli və sənsiz uzanan
yollara Bu yolu gedirəm sağ
çiynimadə şəhərin parıldayan
işıqları, Sol yanımda sənin səsin.
Bütün işıqforlarda durmaq
istəyirəm Bir neçə dəqiqəlik
bərabərlikdəliyimizi uzatmaq
üçün yaşıl işığı qırmızı rəngə
boyamaq istəyirəm,Ömür boyu
dur işarəsinin altında soyuqdan
donmaq istəyirəm, Qəlbim
sızıldayır,maşının təkərləri
asvaltı yox, Ürəyimi əzib keçir.
Yağışlı payız axşamında park
skamiyasında yolunu
gözləyirəm. Səbəbini bilmirən,
ADINI SƏN QOY...Yaşadığıma
inanmıram, amma inandığım
kimi yaşayıram Sevirəm...
Bəzəndə sevildiyimi zənn
edirəm İncimirəm... Lakin hərdən
bilmədən incidirəm Baxıram
həmdə düz gözlərinin içinə
Yalnız çılpaq həqiqət görürəm,
Deyəsən buna həyat deyirlər
Belə də ki, nə fərqi var, ADINI
SƏN QOY...Yuxular görürəm...
Qarmaqarışıq yuxular... Güya
sən və mən varıq, Birdə 2
uşağımız... Balaca evimiz, Sənin
əkdiyin güllərlə bəzədilmiş
baxçamız Çox xoşbəxtəm Çünki
artıq həyət yox, həyat
yoldaşımsan Məni sevirsən,
məndə səni Bu ya sənin
arzularının bəhrəsidir, Ya da
mənim nigah kağızına atdığım
mənasız imzamın nəticəsidir...
Mənim üçün fərqi yoxdur,
onsuzda yuxudur... ADINI SƏN
QOY...Üşüyürəm, darıxıram...
Gözlərim dolur, Qəhər məni
boğur, Nəfəsim dayanır, Əllərim
titrəyir, Ürəyim döyunur
Deyəcəyim sözləri unuduram...
Desəm ki, bu sevgidir
inanmayacaqsan ADINI SƏN
QOY...Söz vermisdim, söz
vermişdim ki, bu cizma qara da
sevgimiz kimi bitəcək Çox
düşündum... Amma az yazdım...
Bütün hislərimi yüklədim əyri-
üyrü hərflərin belinə Və səni
geri qaytaracağına ümid etdim
Lakin bir nöqsanım qaldı Bu
yazıya ne ad verim bilmirem, Nə
olar ADINI SƏN QOY !!!
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 228 Bölmə: Sevgi varmı?