Məni Xatırladınmı??
Bir Zamanlar Hər Şeyindim...
Səni Həyata Bağlayan...
Sənə Həyatı sevdirən...
Elə danışırdn ki, sanki mən idim yaşama səbəbin...
Mən idim suyun...torpağın...havan...
Sanki bu həyatda var olmaq üçün ehtiyacın olan hər şeyindim...
Bəlkə də mən aldatmışam özümü...
İçdən-içə inandırmışam özümü...
Hər sözündə bir sevgi, bir ehtiyac duymuşam...
Yanılmışammış sən demə...
Axı kimin ağlına gələrdi ki, o cür sözlər sonu yalan olan bir sevginin pərdələri imiş...
Kimin ağlına gələrdi axı bu...
Heç mənim də ağlıma gəlmədi...
Üstünü toz basmış xatirələri bir anda canlandırmağa bir görüşün gücü belə çatarmış...
Mən indi anladım bunu...
Ani bir baxış nələrə qadir imiş...
Mən indi bildim...
Mən bir onu da bildim ki, sevgi sözlərdə deyil...
Sevgi gözlərdə olmalıdı...
Necə ki, sən həmişə danışan...
Mənsə susub izləyən olmuşam...
Kim bilir...Bəlkə də onun nəticəsidir ki...
Sevgisini sözlərə sığışdıran sən indi unudan...
Sevgisini dilinə belə gətirməyə qıymayacaq qədər sevən mən unudulan olmuşam...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi varmı?