Bu gecə iki dəfə sındı qəlbim. Çarəsizcə uzandım yatağıma məni qəbul edən mən olaraq. Yatmaq deyil ki, dərdim. Mən xəyalınla sən olmaq üçün burdayam. Yanan duyğularımı qəlbimin məhrəmində həbs etməyə... Ağlayaraq hər gün bir damla yox oluram. Xəyalın o qədər yaxın ki, mənə səni hiss edirəm nəfəsimlə yaşadığım bir şüşədə. Heç kəsin görə bilmədiyi mən var orda. Qəlbim səndən uzadqa sadəcə yaşayır, amma nəfəs almır. Heç nə artıq sevindirmir məni. Özümdən kənarlaşdırmışam hər kəsi. Artıq münasibət qurmağı da bacarmıram. Məni yaşadan mənim olmayan sevgin və xəyalındı. Amma artıq yaşamaq hissi çoxdan ölüb məndə. Çünki artıq xəyalıma da gəlmirsən, çoxdan itmisən gözümdən. Məni sevindirə biləcək heç nəyə sevinə bilmirəm artıq. Adiləşib, çox adiləşib hər şey. Çox yorulmuşam sənsizliklə boğuşmaqdan. Mübarizə aparmağa gücüm yetmir. Yenilən
mən oluram hər dəfəsində. Mənim olmasan da qəlbimdə idin. İndi boş qalmış yerin üçün darıxıram. Orda ola bilmədiyin üçün... Mən zillət dəryasında boğuluram hər gecə... Göz yaşım tək dostum. Ağlayaraq ölürəm. Səni bir an gürmək sonum olmağa yetdi. 2 ildi qəlbimdə daşıdığım bu sevgi zaman keşdikcə böyüyür. O böyüyür mənsə bitirəm, ömrümdən ömür verirəm bu sevgiyə. Sonum yaxınlaşır. Sən gedən gündən mənasını itirib hər şey. Gəzdiyim hər yerdə səni görürəm. Baxdığım hər insanda səni axtarıram sadəcə... Bir kərə üzünü görmək qismət olsa kaş ki, çıxıb getmədən buralardan. Anlayırsanmı məni özünə aşiq etmənin duyuğularını? Kor olmuş qəlbimi heç kəsə yar edə bilmirəm. Sürünürəm sadəcə yaşamıram, qəlbim yerlərdə... Rəsminə baxdıqda belə özüm öz gözümdən düşürəm. Bir gün yuxuda gördüm səni, yaşamır o artıq bu həyatda dedilər. Ayıldım özümdə olmayaraq. Anlamırdım olanları ağlayaraq dəli çılğına döndüm. Dayandı nəfəsim, danışa bilmədim. Xəbər tutmaq istədim nəcəsən deyə, bacarmadım. Durdu qarşımda bir əngəl. Unutduğumu zənn etmişdim. Amma yuxuda belə olsa artıq bu həyatda yaşamadığını bilmək ölmüş hisslərimi yenidən oyatdı. Qaytar məndən aldıqlarını. Qaytar öldürdüyün duyğularımı. Qaytar həyata olan maragımı, aldığın mənamı. Məhv edirsən məni. İçdən-içdən yox oluram. Bacarıram, əlimdə deyil, müsadə etmir bir şeylər. 2 ilim bir bu gecəyə bərabər oldu. Sənsiz ola bilməyəcəyimi anladım bu gecə. Sadəcə həsrətinlə yaşayıram. Səni görəcəyim o günün, o anın xəyalıyla. Yoxdur başqa xəyalım bu həyata dair. Qəlbimin yarəsi aşiqəm sənə!
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Sevgi varmı?