Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mene Goz Yashi Borcun Var...!

Adam gənc qadına səsləndi:
- Mənə göz yaşı borcun var!
Gənc qadın soruşdu:
- Necə ödəyə bilərəm?
Adam gözlərini qırpdı;
- İndi gülümsə!
Gülümsədi gənc qadın. Adam, cibindən dəsmalını
çıxarıb, borcunu sildi.
Və dəsmalını diqqətlə qatlayıb, yenə ürəyinin
üzərindəki iç cibinə qoydu.
Bir dəstə bənövşəyi sümbül vardı qadının əlində.
İkisi də bahar iyi verirdi...
Biri yaz, digəri payız.
Adam, səsləndi yenə;
- Mənə xoşbəxtlik borcun var!
Gənc qadın, bir az xəcalətli, bir az çaşmış soruşdu:
-Necə ödəyə bilərəm?
Həyəcanlandı adam
- Haydı yat dizlərimə!
Gənc qadın bir pişik itaətliliyində, yatdı dizlərinə
yavaşca.
Adam, şəfqətlə saçlarını daramağa başladı qadının.
Saçları, günəşə və yağışlara həsrət heç
yaşanmamış baharlara bənzəyirdi.
Çarəsizliyini hördü sırasıra.
Sonra saçının hər telinə, xoşbəxtliyin qışqırıqlarını
bağladı adam.
Çatmadı, gizli düyün atdı... Ağladı.
Hava qaralmaq üzrə idi. Çöldə yağış yağırdı dəli
tərəfindən.
Adam, davamlı borc dəftərlərini qurdalayırdı.
Gənc qadının gözlərinin içinə baxdı;
- Mənə ürək borcun var!
Borcunun fərqində idi sanki gənc qadın, çaşmadı.
- Bu borcumu necə ödəyə bilərəm?
Adam qollarını uzatdı
- Haydı tut əllərimi!
Sümbül qoxusu sinmiş əllərini uzatdı gənc qadın.
Əlləri elə isti idi ki, əridi bütün borcu ovuclarının
içində.
Gənc qadın getmək üzrə idi.
Adam son dəfə səsləndi;
- Mənə can borcun var!
Qadın diksindi;
- Can??
Siqaretindən dərin bir nəfəs aldı adam;
- Bəli... Can borcun var. Sənsizlik öldürür məni!
Xoşuna gəldi sözlər qadının
- Yaxşı bu borcumu necə əldə etməyiı düşünürsən?
Adam, bir az daha yaxınlaşdı;
- Yum gözlərini!
Heç tərəddüd etmədən yumdu gözlərini.
Adam da yumdu gözlərini, günahsızca bir öpüş
qondurdu
qadının titrəyən dodaqlarına.
- Bu nə indi etdiyin? deyərək çatdı qaşlarını
qadın...
Adam, peşmanlıqla, məmnunluq arasında gedib
gəldi. Kəkələdi;
- Həyat öpüşü idi!
Qısa bir səssizliyin ardından bu dəfə qadın öpdü
adamı şəhvətlə...
Adam, çaşdı;
- Ya sənin bu etdiyin nə idi?
Gənc qadın qapıya yönəldi;
- Vida öpüşü!
Qalan borclarına qarşılıq, ürək dolusu çarəsizlik
və bir də bənövşəyi sümbüllərini masanın üzərinə
girov buraxıb getdi gənc qadın.
Adam qaçdı arxasından sümbülleri geri verdi
qadına.
- Nə olar yaxşı bax ümid çiçəklərimə, solmasınlar...
Gənc qadın sümbülləri götürdü:
- Maraqlanma, hər gün sulayaram çiçəklərini!
Adam sevindi:
- Günəşə, suya ehtiyac yoxdur. Gülümsə yetər!
Qadın gözdən itərkən qışqırdı adam,
- Ümidlərimi zamin etdim. Unutma, mənə eşq
borclusan!
Qışqırığı yağışa qarşı idi
Qadın, yağışı hiss etməyən kütləyə...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Sevgi varmı?
loading...