Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qovuşdu Yolumuz

Mən səni sevirəm.Bu ifadəni eşitmək hər bir gəncin arzusudur. Mən də bu ifadəni nə vaxtsa eşidəcəyimə inanırdım. Belə də oldu. Sən qarşıma çıxana qədər heç bir qıza deməmişdim.Səni sevirəm və səni sevirəm cavabı da heç bir qızdan almamışdım. Bu sözü ilk dəfə sənə dedim ilk dəfə də səndən bu cavabı aldım. Həmin vaxt yağışlı bir gecə idi. Əlimdə çətir səni düşünə-düşünə yol ile gedirdim. Bu vaxt sən büzükmüş bir halda qarşıma çıxdın və mən sənin belə halda olduğunu görüb çətirimi sənə verdim ki təki sən üşüməyəsən, qəlbin üşüməsin. Mənim qəlbim onsuz da üşümürdü. Çünki mənim qəlbimdə sən vardın.

Sənin nəfəsin mənim qəlbimi isindirirdi. Sən mənə təşəkkür etdin. Mən isə gözlərimi səndən ayıra bilmirdim. Uzun müddət sakitçilik sürdü. Nəhayət sən danışdın və dedin sən üşümürsənmi. Cavabında isə mən dedim məni üşüməyə qoymayan sənə olan sevgimdir. Sən gülümsədin və başa düşdüm ki, artıq hər şeyi deməyin vaxtı çatıb və sinəmi açdım ürək sözlərimi söylədim.Inan mənə səni görməzdən əvvəl mən olmamışam,səninlə var olmuşam. İtməkdən yox səni itirməkdən qorxmuşam. Səhralar kimi suya həsrət qalan dodaqlarımla səni öpə bilməyəcəyimden qorxmuşam. Əgər sevmək günahdırsa məni bagışla. Çünki mən Səni Sevirəm.Bu an qız çətiri tulladı və mənə sarıldı. Dedi: Artıq mən də üşümürəm çünki sən varsan. Səni sevirəm.

Aylar keçdi. Daha biz bir-birimizi görə bilmədik. Mən çox narahat idim. Qəlbimdə qasırğalar, tufanlar coşurdu. Zəng vururdum qıza zəng çatmırdı. Bir gün rəfiqəsi mənə dedi ki sənin sevdiyin qız indi son nəfəsindədir. Sənə ehtiyacı var. Səninlə vidalaşıb gözün əbədi həyata yummaq istəyir. Mənim gözlərim doldu. Və tez qız yatan xəstəxanaya getdim. Qızla görüşdüm. Əllərimi qızın əllərinə toxundurmağım ilə qız məni tanıdı. Mənə dedi: Son defə səni görüb sənlə vidalaşıb gözümü dünyaya əbədi yumacam. Çünki xoşbəxtliyi sən də tapmışam. Sənlə itirmək istəyirəm. Mən bu anda barmağımı qızın dodağına qoydum və dedim ki “suuuuuuuuuuuus”. Sən yaşayacaqsan. Qızın ciyəri xəstəymiş. Mən bunu eşiden kimi tez getdim palataya uzandım və heç kimin qanı ilə düz gəlmədiyi halda mənim qanım ilə düz gəldi ve mən dərhal əməliyyat palatasına uzandım. Və heç nədən hətta ölümdən də qorxmayaraq ciyərimi verdi. Və qız da yaşadı mən də. Qız ciyərinin məndən olduğunu biləndə çox qorxdu və başladı ağlamağa. Elə bu anda mən palatadan çıxan kimi qızla bir-birimizi qucaqladıq. Və S.Vurğundan bu 2 misranı qıza söylədim.

Onlar sevindiler sevinək biz də,
Sevinsin hər yeni sərimiz də.

Ps:xaiş edirəm oxumamış şərh yazmayın...indidən təşəkkürlər...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 107 Bölmə: Sevgi varmı?
loading...