Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Onsuz Da Yox Idin Ki

Səsim yetişmədi Sənə, Susdum. Həyatıma Bir Səni əlavə etdim.
Sən Yoxluğunla çoxalarkən günlərimdə, mən bacarıqsızca sənə getdim. Səsim yetişmədi Sənə ..
Mən Sənə məğlub olmaq üçün sevdim səni. Xəyallarıma yaraşdığın üçün sevdim.
Amma artıq getmək vaxtı .
Duymadığın səsimi əmanət edərək, ağrılarıma yoxluğunu əlavə edərək və hara gedirəmsə gedim səninlə qalaraq getmə vaxtı..
Duam Olub qalacaqsan. Sevdikcə çoxalacaqsan yoxluğunla içimdə. . .
Hirslənm mənə acı çəkərək yazıram deyə. .Küskünlüyüm inan sənə deyil.
Söz keçirə bilmirəm duyğularıma, ürəyimə .. Saatlar keçmir.
Salamını gətirmir küləyin nəfəsi. Yollar yolumu sənə bağlamır.
"Buraxma Məni" ..desəm nə faydası varki sanki?
Gecələr boyu qaranlıq boşluqlardan sürünürəm sənə dogru
Getdiyini görmək üçün yoklugunu yaşayıram
Kiçik toz dənəsini bir ləl-cəvahirat sanmışam.
Məni yox edən, məni peşman edən bir səbəb var..tək bir səbəb...
Bir eşq yaratmışam xəyalımda tək başına yaşamışam o eşqi.
Sən onsuz da yox idin ki...
Bütün sözlər yetərsiz.. Heç bir şey yazmaq istəmirəm.
Qəbahət səndə deyil, mən insan tanımamışım.
Vədlər yalan gülüşlər yalan insanlıq yalan
Saxta bir nizama söykədilən öz-özünə dönən
Böyük yalan bir dünya əslində yaşadıgım
Gecələr boyu qaranlıq boşluqlardan sürünürəm sənə dogru
Getdiyini görmək üçün yoklugunu yaşayıram
Kiçik toz dənəsini bir ləl-cəvahirat sanmışam.
Məni yox edən, məni peşman edən bir səbəb var..tək bir səbəb...
Bir eşq yaratmışam xəyalımda tək başına yaşamışam o eşqi.
Sən onsuz da yox idinki...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi varmı?
loading...