Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buna Ne Ad Qoymag Olar Kii?

Bir gün bir oğlanın əsgərlik vaxtı çatdığından sevgilisini son görüşə, vida görüşünə çağırır.
Qızla bir az söhbət etdikdən sonra vidalaşma vaxtı çatır.
Oğlan qızdan bir şəkil götürərək əsgərliyə yollanır. Bir müddət sonra qızdan oğlana məktub gəlir:
"Əzizim... Sən əsgərliyə getdikdən sonra mən bir oğlan gördüm və ondan çox xoşum gəldi.
İndi onunla birlikdəyəm. Bu məktubu sənə, səndən artıq ayrıldığımı bildirmək üçün yazdım.
Birdə, son görüşümüzdə məndən götürdüyün şəkili geri göndərsən yaxşı olardı. Əlvida..."
Oğlan bu məktubu oxuduqdan sonra,əsgər yoldaşlarında nə
qədər qız şəkli varsa hamısını toplayıb və bir məktub yazaraq göndərir qıza. Məktubda:
"Əzizim.. Həyatımda o qədər qız var ki, nə qədər fikirləşdimsə sənin kim olduğun yadıma düşmədi.
Bu şəkilləri sənə göndərdim ki, özün öz şəklini seç qalanlarını da göndər gəlsin...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi varmı?
loading...