Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DODAQDAN QELBE...

Sən gündə 100 dəfə “Necəsən? Hardasan?” kimi boş və
ağıllsız suallarınla mənə zəng vurmalısan.. Əslində bu
suallar məni əsəbləşdirmir, ama mən elə təəssürat
yaradacam ki, güya hər şeydən bezmişəm..=) İnanma
mənə.. Danla məni – mən əsəbləşəcəm, qışqıracam sən
yənə də danla – qısa paltara görə, danla ki, artıq hava
qaralıb, ama mən hələ evə çatmamışam.. Qısqan məni..
Havaya belə qısqan.. Deyirlər ki, qızlar nifrət edir onları
qısqananda, ama qısqanmayanda onlar daha çox nifrət
edirlər.
Həmişə dayanıb deyəcəm ki “əgər qısqanırsan – demək
qüvənmirsən”, ama əslində mənə elə xoş olacaq ki.. Səni
dəli kimi qısqanmağa davam edəcəm, ama sən elə
biləcəksən ki, mənim vecimə deyil.. Həmişə deyəcəm ki,
“Mənimlə uşaq kimi rəftar eləmə!” , ama ancaq bunu
gözləyəcəm səndən. Gözləyəcəm ki mənə “Mənim
balacam” deyəsən, gözləyəcəm ki, soruşasan “sənə
soyuq deyil ki?” , “sənin xətrinə dəyən yoxdu ki?..” Elə
göstərəcəm ki, guya məni hər şey qıcıqlandırır, ama sən
ağıllı ol.. Gözlərimdən oxu.. Onlar parıldayacaqlar.. Mən
səni dəlicəsinə sevəcəm.. Ömür boyu.. Sadecə qayğıma
qal.. Mən buna qiymət verirəm, and içirəm.. Kobud ol..
Qoy ətrafdakilar “Bu kimdi belə yanında, o səni heç
istəmir” desinlər, ama həqiqəti ancaq biz ikimiz
biləcəyik.. Heç vaxt üstümə əl qaldırma, mən səndən
qorxmayacam, sadəcə hörmət eləmiyəcəm.. Heç vaxt
həqiqəti deməyə qorxma.. Heç vaxt.. Mən sənin
pullarını saymayacam.. Mənim vecimə deyil.. Heç vaxt
sənin geyiminə baxmıram, sənin xarici görünüşün
mənim üçün önəmli deyil.. Mənim üçün vacib olan
xırdalıqlardı.. Sənin gözlərin.. Onları rəngi deyil, onların
içində olan sevgi.. Dodaqlarının forması deyil, onların
dadı.. İdmançı olmaq şərt deyil, sadəcə bilməliyəm ki,
sənin yanında mən təhlükəsizəm.. Tez tez “sevirəm”
deməyə ehtiyac yoxdu, əgər doğurdan sevirsənsə.. mən
bunu anlayacam.. ”Mən səni sevirəm” sadəcə sözlərdi,
bunu göstərmək daha çətindi.. Ama sən bacaracaqsan..
əgər sevirsən.. Elə elə ki, sənin sözün mənim üçün
qanun olsun.. Mən də güya sənə heç vaxt qulaq
asmayacam, ama sözündən heç vaxt çıxmayacam..
Davalarnan, qışqırmaqnan, ama elə ki, mən sən istədiyin
kimi olum.. Mən heç kim üçün dəyişmək niyyətində
deyiləm, ama sən məni dəyişməyə bacarmasan, onda
heç kim heç vaxt bacarmaz..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Sevgi varmı?
loading...