Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Sevgi Romani:((

Onunla bax elə bu saytda, beyaz.az-da tanış olmuşduq. Ilk günləri email yazırdıq bir-birimizə daha sonar MSN-ə keçdik. Hər gün danışırdıq. Günlər keçdikcə dahada bir-birimizə öyrəşirdik. O qədər səmimi idik ki, bir-birimizə istədiyimiz sualları verirdik və səmimidə cavablar verirdik.Günlərimiz bax belə super keçirdi.Sanki internetə bir-birimiz üçün girirdik.O hər gününü mənə serf edirdi, məndə evdə olmadığım anlarda harda internet klub tapsaydım girib baxırdım o MSN-dədirmi deyə.Bax beləcə çox bağlanmışdıq bir-birimizə.İnternet olmuşdu bizi bir-birimizə bağlayan tək vasitə.
Günlər keçdikcə daha çox bağlanırdıq bir-birimizə, o qədər danışırdiq ki, artıq bir-birimizin sevdiyi ve sevmədiyi rəngi, heyvanı, musiqini, geyimi və hər şeyi bilirdik.
Artıq elə bir səviyyəyə gəlmişdik ki, hisslərimizi bildirmək üçün internet bizə kifayət etmirdi. Sevirdik bir-birimizi dəlicəsinə. Sevirdik bir-birimizi görmədən.Onsuz keçən hər saniyəm darıxdırıcı idi mənə hər vaxtımda internetə girib onunla danışmaq arzusu ilə alışıb-yanırdım.
Hər dəfə ona görüşmək təklif etsəmdə o razı olmurdu, çəkinirdi sanki onu əngəlləyyən bir şey vardı.Sanki o buna hazır deyildi.Şəklini belə mənə göndərmirdi.Bu hallar ümidlərimi qırırdı amma bütün bunlara baxmayaq sevirdim onu dəli kimi.
4 ay keçırdı tanışlığımızdan, amma biz sanki 40 ildir tanıyırıq bir-birimizi.Onu 1 anlıq görmək, üzündəki təbəssümü, gözlərindəki sevgini görmək üçün alışıb yanırdım.Hərgün onu necə sevdiyimi artıq görüşməyimizin vaxtı gəldiyini ona dəfələrlə deyirdim.Hər dəfəsində bir bəhanə edən o, artıq özüdə başa düşürdü ki, biz görüşməliyik.
Bir vaxt müəyyən etdik və görüşdük.Onu ilk gördüyümdə inanmamışdım bu qızın o olacağına.Çox gözəl qız idi.Sarışın, mavi gözləri və uzun düz saçları var idi.Bİlmirəm bəlkədə sevgidən idi amma o indiyə qədər gördüyüm ən gözəl qız idi.Ağlımada gəlmirdi ki, internetdə belə gözəl qızlar oturur.
Bir kafedə oturduq uzun-uzun söhbət elədik.O, çox utanırdı, sanki ilk dəfədir məni tanıyır, həyacandan indiyə qədər danışdıqlarımızı belə unutmuşdu.O günü çox gözəl keçirdik və elə o gündəndə mənim üçün doğan günəş ətrafa işiq saçırdı.Onunla hər gün saatlarla telefonla danışırdıq, hərgün görüşürdük, bir birimizə olan sevgimizi saatlarla uşaq kimi bir birimizə danışırdıq.Qanadı olmayan iki mələkdik.Dünyanın ən xoşbəxt insanı idim.Sanki sevgi sözü mənim üçün işlədilirdi.6 ay sevgi dənizində durmadan üzdüm, sevdim sevildim, yaşadım yaşatdım, onunla keçən hər anın bir dünya olduğunu anladım.
Amma ki, o gün gəldi, dünyamı qaraldan gün.və bir gün anladım ki, internetdə tanış olub SEVDİYİM, İLK SEVGİMİ VERDİYİM, İLK SEVGİNİN NE OLDUĞUNU MƏNƏ ÖYRƏDƏN o qızla, görüşdüyüm DÜNYAMI PAYLAŞDIĞIM, QANADSIZ MƏLƏK OLDUĞUM qız aryı-ayrı insanlar imiş.Bunu öyrəndiyim gün ölümün nə olduğunu anladım, bir ürəkdə iki sevginin olmayacağını anladım.
Bunu öyrəndiyimdə görüşdüyüm qıza kobud sözlər deyərək yanımdan qovdum və ona birdə məni axtarmamasını dedim.Üstündən 3 gün keçdi və internetdə danışdığım qız mənə bir email yazdı:
Bilirəm Tural, mənə nifrət edirsən, amma hərşeyi biləndən sonar inaniram kı, məni başa düşəcəksən.Mən 1-ci qrup əliləm, sənin anlayacağın dildə şikəstəm.Evdən bayıra çıxmayım və evdə sıxılmayım deyə internetə girirəm və acınacaqlı halımı unutmağa çalışıram.Səninlə tanış olduğum ilk anda sənə bunu demədim, fikirləşməmişdim ki, bir-birimizi sevərik.Amma olan oldu, hər keçən gün daha da qorxurdum bunu sənə söyləməyə, ya bunu eşidib məni atsan, ya mənimlə əlaqəni kəssən neyniyərdim mən.Ona görə sən hər dəfə görüşmək təklif edəndə mən hər dəfə bəhanə edirdim.Çox qorxurdum səni itirəcəyim günün gələcəyindən.Bilirdim ki, birgün görüşməliyik və həmin gündə məni bu halımla qəbul etməyəcəyini.Hər şeyi xalam qızına danışdım.Sənin haqqında bütün bildiklərimi.İstəyridim onu sevəsən onunla bir yerdə olasan, çünki bir dəfəlik itirməkdənsə ən azından xalam qızı ilə olsan sənin haqqında hərgün xəbərim olacaqdı.Xalam qızıda səni mənim qədər çox sevir, inanki səninlə olmaq üçün hərşeyə razıdır. Daha şikət qız olmağım məni üzmür, çünki içimdə ki sevgi mənə qanad verib, digərlərindən fərqli olaraq mən kim üçün ve nə üçün həyatda qalmağı anladım. Səndən son istəyim xalam qızımı sevgi şikəsti eləmə.
Ona son olaraq bu cavabı yazdım: “ Bir ürəkdə iki sevgi olmur” və bir daha da əlaqə saxlamadıq.
Elə o gündən bəri internetdə tanış olduğum heç bir qızla görüşmürəm


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 186 Bölmə: Sevgi varmı?
loading...