Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Day-Dayım

Qumar oynayanda,araq içəndə,
Axtarıb 4 fara maşın seçəndə,
Bütün maşınları ötüb keçəndə,
Sənə arxalanıb dedim dayım var.

Birinə söz atıb,böhtan deyəndə,
Dövlət əmlakını satıb yeyəndə,
Özümü hər yerdə dartıb öyəndə,
Sənə arxalanıb dedim dayım var.

Bir yolluq düzlüyün atdım daşını,
İncitdim özümdən yar-yoldaşımı,
Cəncələ salanda bu küt başımı,
Sənə arxalanıb dedim dayım var.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?
loading...