Sevgi və Ayrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.
Ayrılıq Sevgiyə dedi: -Mən onları ayıraram,bəhsə girək?
Sevgi dedi: -Gəl belə edək-Mən onlara bir dəfə
yaxınlaşım,sonra qalanı sənlikdir.Neçə dəfə istəsən sən
yaxınlaşa bilərsən,onda baxarıq sən onları ayıra
bilərsənmi?
Ayrılıq razılaşdı.Sevgi gənc cütlüyə yaxınlaşdı,onlara
toxundu və gözlərinə baxdı:orda necə qığılcımlar
yarandığını gördü.Kənara çəkildi və dedi: -Mən işimi
bitiridim,indi sənin növbəndir.
Ayrılıq dedi: -Yox,mən indi onlara yaxınlaşsam da xeyri
yoxdur,indi onların qəlbi Sevgi ilə doludur.Mən sonra
gələrəm.
Vaxt keçdi...Ayrılıq bir gün onların evinə baxdı və gördü
ki gənc ana qucağında körpəsi dayanıb oğlanla söhbət
edir.Ümid etdi ki,Sevgi artıq keçib yaxınlaşdı
cütlüyə.Onların gözünə baxanda orda Minnətdarlıq
gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra
gələrəm.Yenə vaxt keçdi.Ayrılıq yenı bu evə
yaxınlaşdı,gördü ki evdə uşaqlar səs küy salır,kişi işdən
yorğun gəlib,ana uşaqları sakitləşdirməyə çalışır.Dedi ki
indi mütləq onları ayıra biləcəm,Sevgi və Minnətdarlıq
çoxdan bu evdən gediblər.Amma onların gözünə
baxanda orda Hörmət və Anlaşılma gördü.Çevrilib
otaqdan çıxdı və dedi sonra gələrəm.Bir müddət
keçdi.Ayrılıq bəhsi unutmamışdı,Sevgiyə uduzmaq fikri
yox idi.Yenə gəldi,artıq uşaqlar böyümüşdü,ağsaçlı ata
onlara nə isə izah edirdi,ana mətbəxdə yemək
hazırlayırdı.Onların gözlərinə baxanda orda İnam
gördü.Mən sonra gələrəm dedi və çevrilib getdi.Bir dəfə
gələndə qoca qarını gözü yaşlı gördü və
fikirləşdi:Deyəsən mən gecikmişəm.Zaman mənim işimi
görüb axı.Qadının gözlərinə baxdı və orda Xatirə gördü-
Sevgidən,Minnətdarlıqdan,Hörmətdən,Anlaşmadan və
Inamdan bir Xatirə.Yenə bir müddət keçdi.Ayrılıq bu evi
unutmamışdı.Yenə ora baş çəkdi.Evdə nəvələr
qaçışır,kaminin qarşısında qoca bir qadın oturub nəsə
fikirləşirdi.Ayrılıq baxdı və düşündü:əsl mənim zamanım
gəlib.Artıq çoxdan Xatirələri də unudub.Elə qadının
gözlərinə baxmaq istəyəndə o durdu və evdən
çıxdı.Ayrılıq onun arxasınca getdi.Qadın qəbirsanlığa
gəldi və bir qəbrin yanında dayandı-bu onun ərinin
qəbri idi. Qadın heç neyi unutmamışdı...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Sevgi varmı?