Qaranquş!!! Qaranquşun biri, bir adama aşiq olmuş. Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış, tüklərini qabartmış, sonra kiçik sevimli dimdiyiylə şüşəyə vurmuş. Tıq..... Tıq. .....Tıq.... Adam şüşəyə baxmış. Amma içəridə öz işləriylə məşğul olurmuş.. Məşğulmuş! Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş! Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərin bir nəfəs almış dimdiyini açmış, sözlər tökülməyə başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət tapdım danışmağa. Xahiş edirəm pəncərəni aç və məni içəri al. Birlikdə yaşayaq. Adam birdən parlamış: Yox daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi? Olmaz, götürə bilmərəm, demiş. Səbəbi də: Sən bir quşsan! Heç quş, insana aşiq olarmı? Qaranquş peşman olmuş. Başını önünə əymiş. Amma ruhdan düşməmiş, bir müddət sonra təkrar pəncərəyə gəlmiş, gülümsəyərək bir dəfə daha şansını sınamış: Adam, adam! Haydı aç artıq bu pəncərəni. Al məni içəri! Mən sənə dost olaram. Heç canını sıxmaram! Adam qərarlı, adam israrlı: Yox ,yox mən səni içəri götürə bilmərəm demiş. Bir az da kobuduymuş, sözü qısa kəsmiş. İşim gücüm var, get başımdan. Aradan bir zaman keçmiş, qaranquş son dəfə adamın pəncərəsinə gəlmiş: Bax soyuqlar da başladı, üşüyürəm çöldə. Aç bu pəncərəni al məni içəri. Yoxsa, isti yerlərə köç etmək məcburiyyətində qalaram. Çünki mən ancaq istidə yaşayaram. Peşman olmazsan, səni əyləndirərəm.. Birlikdə yemək yeyərik, bax həm də sən də təksən' təkliyini paylaşaram, demiş. BƏZİLƏRİ GERÇƏKLƏRİ EŞİTMƏYİ SEVMƏZMİŞ! Adam bu təklik məsələsinə incimiş. Çox bir əsəbiləşmiş: Mən təkliyimdən məmnunum, demiş. Quşdan onu rahat buraxmasını istəmiş. Dümdüz qovmuş. Qaranquş , son sınağından da müvəffəqiyyətsizliklə çıxınca, başını önünə əymiş, çəkib getmiş. Yenə aradan zaman keçmiş. Adam, əvvəl düşünmüş, sonra öz-özünə etiraf etmiş: Hay mənim ağılsız başım; demiş. Nə qədər axmaqlıq etdim! Gözlənilməz bir anda qarşıma çıxan bir dostluq fürsətini əldən verdim. Niyə onun təklifini qəbul etmədim ki? İndi belə tənha oturacağıma , keyfli vaxt keçirərdik birlikdə. Peşman olmuş olmasına amma iş işdən keçmiş. Yenə də öz özünü rahatlaşdırmağı laqeyd yanaşmamış: İstilər başlayınca, qaranquşum necə olsa yenə gələr. Mən də onu içəri alar, xoşbəxt bir həyat sürərəm. Və çox uzunca bir müddət, istilərin gəlməsini gözləmiş. Gözü yollardaymış. Yaz gəlmiş, başqa qaranquşlar gəlmiş. Amma...... Onunki heç görünməmiş. Yazın sonuna qədər pəncərəsi açıq gözləmiş amma boşuna. Qaranquş yoxmuş! Gələn başqa qaranquşlardan soruşmuş amma görən olmamış. Sonunda məsləhətləşmək və məlumat almaq üçün bir müdrik adama getmiş. Olanları izah etmiş. Müdrik adam gözlərini adama dikmiş və demiş ki: "QARANQUŞLARIN ÖMÜRÜ 6 AYDIR...." HƏYATDA BƏZİ FÜRSƏTLƏR VARDIR, YALNIZ BİR DƏFƏ ƏLİNİZƏ KEÇƏR VƏ QİYMƏTLƏNDİRMƏSƏNİZ UÇUB GEDƏR! HƏYATDA BƏZİ İNSANLAR VARDIR, YALNIZ BİR DƏFƏ QARŞINIZA ÇIXAR; DƏYƏRİNİ BİLMƏSƏNİZ QAÇIB GEDƏRLƏR! VƏ ƏSLA GERİ DÖNMƏZLƏR! Diqqətli olun...Və bir düşünün görək; Görəsən siz bu günə qədər pəncərənizdən neçə qaranquş qovdunuz?
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi varmı?