Eşq acısını dilə gətirdiyinizdə ətrafınızdan ən çox eşitdiyiniz təsəlli cümləsi, "zamanla keçər" olur. Zaman acını azaldarmı? Həqiqətən zamanla keçər yoxsa zamanla keçən ömürdür?
Mənə Zamandan bəhs edərlər.
Gəlib sizə Zamandan bəhs edərlər
Yaraları necə qucaqladığından, ya da hər şeyə necə yaxşı gəldiyindən.
Zamanla əlaqədar bütün atalar sözləri gündəmə gələr yenidən.
...Hamısını bilirsiniz onsuz da, bir işə yaramadığını bildiyiniz kimi.
Dahası onlar da bilirlər.
Amma yenə də güc verir bəzi sözlər,
elə düşünürlər.
Bitdiyinə özünü inandırmaq, ayrılığın gerçəkliyinə dözmək, kürəyinizdəki xəncəri çıxartmaq, ürəyinizin unutduğunuz yerləriylə yenidən qarşılaşmaq asan deyil əlbəttə. Asan deyil bunlarla baş etmək,uğrunda içinizi öldürmək.
Zaman alar.
Zaman alar sizdən bunların yükünü
O boşluq dolar əlbəttə, yaralar qabıq bağlayar, ağrılar dayanar, acılar dibə çökər.
Həyatda seviniləcək şeylər yenidən tapılar.
Bir yerlərdən tapılıb yeni xoşbəxtliklər əldə edilər.
O boşluq doldu sanarsınız.
Halbuki o boşluğu dolduran əksilməyinizdir...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi varmı?