Evlilik Ağacı
Yeni evli bir cüt vardı.Evliliklərinin daha ilk aylarında,bu işin heç də xəyal etdikləri kimi olmadığını basa dusmusduler.
Əslində bir-birlərini cox sevirdiler.Son zamanlarda o qədər sıx olmasa da,evlənmədən əvvəl tez-tez bir-birlərini çox sevdiklərinə dair nə qədər də dil tökmüşlər idi.
Amma indilərdə, kiçik bir söz,kiçik bir hadisə aralarında mubahisenin yaranmasina getiirib çixardirdi.
Bir axşam oturub əlaqələrininəzərdən keçirməyə qərar verdilər.Hər ikisi də, boşanmanı istəməməklə birlikdə, işlərin belə getməyəcəyinin fərqində idilər.
Kişi, "Ağılıma bir fikir gəldi" dedi."Bağçaya bir ağac əkək və əgər bu ağac üç ay içində qurusa boşanaq.Qurumaz da böyüsə bunu bir daha ağılımızdan keçirməyək.Bu müddət içində də ayrı-ayrı otaqlarda qalaq."
Bu maraqlı fikirxanımının da xoşuna gəldi.Sabahısı gün gedib bir balaca agac aldilar və birlikdə bağçaya tikdilər.Aradan bir ay keçdi.Bir gecə bağçada qarşıladılar.Hər ikisinin də əlində içi su dolu bir bidon vardı.....
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?