Ona "Sevdiyinizi" Söyləyin
Müəllim, yetkin siniflərdən birinə belə bir tapşırıq verər:
- "Sevdiyiniz birinə gedin və ona onu sevdiyinizi söyləyin."
Bir sonrakı dərsin başında isə şagirdlərdən biri sözə belə başlar:
- Keçən həftə bizə bu tapşırığı verdiyinizdə sizə əsəbiləşmişdim. Bu sözləri söyləyə biləcəyəm heç kimin olmadığını düşünürdüm. Evə gedərkən bir anda ürəyimin səsinə qulaq asdım.Hemin zaman kimə "Səni Sevirəm" deyəcəyəmi anladım.
Bundan beş il əvvəl atamla aramızda bir mübahisə keçmiş idi və o gündən bu yana bu problemi həll edə bilməmişdik. Əhəmiyyətli ailə yığıncaqlarının xaricində bir-birimizi görməməyə çalışırdıq və az qala heç danışmırdıq. Evə çatdığımda atama onu çox sevdiyimi söyləməyə hazırdım. Bu qərarı almaq belə üzərimdən böyük bir yük qaldırmışdı. Saat 5:30′da anamla atamın evinin qapısını döydüyümdə qapını atamın açması üçün dua etdim. Çünki qapını anam açsa özümü tuta bilməyib, ona onu sevdiyimi söyləməkdən qorxurdum. Lakin Allah kömək etdi və qapını atam açdı. Heç zaman itirmədən eşikdən addımımı atdım və :
- "Ata, bura səni sevdiyimi söyləməyə gəldim" dedim. Atam sanki bir anda başqa bir adam olmuşdu. Yüzündəki ifadə yumşaldı, alinindaki qirislari yox oldu və ağlamaya başladı. Qollarını açdı, məni qucaqladı və mənə :
- "Mən də səni sevirəm oğulum, amma bunu heç bir zaman dilə gətirmədim" dedi.
Lakin sizlərə əsl izah etmək istədiyim əsas nöqtə bu deyil. Atamı ziyarətimdən iki gün sonra atam bir infarkt keçirdi və hələ xəstəxanada. İndi agir vaziyyetdedi. İndi sizlərə bu mesajı vermək istəyirəm:
- "Etməniz lazım olduğuna inandığınız heç bir şeyi təxirə salmayın. Ya atama olan sevgimi ifadə etmək üçün hələ gözləyir olsaydım? Etməniz lazım olanı dərhal edin, heç gözləmədən…
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi varmı?