Sən məni çətinə, dara saldıqca mən dahada sənə bağlanıram. Səni öyrənmək, səni kəşf etmək mənim ən böyük hobbimdir.. Bəzən gülüdürsən bəzən ağlatırsan, amma yaxşı dərslər verirsən... Yaman qəzəbli olursan bəzən, onda səndən çox qorxuram, amma ən çətin anlarımda qarşıma ən gözəl surprizləri sən çıxarırsan. Sən məni incitdikcə, cəzallandırdıqca mən seni daha çox sevirəm... Sən məni bezdirməyə çalışsanda mən dahada güclənirəm.
Sən məni atıb getmək istəsəndə mən daima sənin arxanca gələcəm... Çox vaxt fikirlərimi, düşüncələrimi, gələcək planlaımı alt-üst edirsən, amma sən belə elədikcə mən daha doğru qərarlar verirəm... Ən çox dəyər verdiyim hislərimi, dəyərlərimi məndən uzaqlaşdırdın. Amma mən yenə sənə daha çox bağlandım. Mənim üçün deyerli olanları əlimdən aldıqca tək dəyərlim sən olursan... Bəzən isə dünyamı başıma yıxdın, amma mən daha çox bağlndım sənə. Ən çətin işləri həmişə mənə verdin, baxmadınki boyumdan böyükdü! Amma məni yenə bezdirə bilmədin! Bu yaşda məsuliyyət almağı öyrətdin mənə. Bəzən o qədər çətin işlər verdin ki məndə artıq bezdim demək istəyirdim, səndən imtina etməyi çıxış yolu kimi görürdüm..
Amma yox! Səni sevindirməyəcəm! Vaxt oldu ki sən məndən imkansızı istədin, İmkansız olduğunu başa düdüm çox ağladım, ürəyimə atdım amma səndən əl çəkmədim. Sən məni üz çevirdikcə mən sənə daha çox bağlanacağam. Son nəfəsimi verənə qədər səni sevəcəyəm... Bilirəm sən məni sınamaqdan əl çəkməyəcəksən, bəzən sevindirib bəzən kədərləndirəcəksən. Amma məni bezdirə bilməyəcəksən!
Səni sevməyənlərin acığına SƏNİ ÇOX SEVİRƏM !
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi varmı?