Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz...............

Biz...♥♥♥(Bu yazini sehifemizin butun xanimlarina hesr edirem)

Biz-səbrliyik, vəfalıyıq, qayğıkeşik.
Biz düz yolla Allaha doğru gedirik..
Biz dünyanı sevirik, kişilərə hörmət edirik və “oyun oynamırıq”
Biz həyatda kişilərin yerini tutmağa çalışmırıq, çünki Allah bizi qadın olaraq yaradıb...
Bizim həyatdakı əsas məqsədimiz Allahın bizdən razı qalmasıdır...
Biz- sevimli analar, vəfalı həyat yoldaşı və ataya dayaq ola biləcək qız övladıyıq..
Biz insanlara kömək etməyə can atırıq, daim yardımımızı əsirgəmirik...
Biz daim Allahdan minnətdarlığımızı əsirgəmirik...
Biz pullarımızla deyil, dualarımızla çoxluq təşkil edirik.
Biz hər zaman utancaqlıq hissini gözləyirik, lakin bizim gözlərimizdə hər zaman minnətdarlıq hissi var...
Bizim yüksək vəzifələrə ehtiyacımız yoxdur, biz ana rolunda olduqca xoşbəxtik..
Biz dünyanı ciddi olaraq qəbul edirik və dinləməyi bacarırıq..
Biz sevgiyə çox böyük dəyər veririk və onu bir ömür boyu qorumağı bacarırıq..
Həyat yoldaşlarımız bizi səmimiliyimizə, vəfalılığımıza, hörmət edir...
Biz qadın olduğumuza görə fexr edirik!
Biz qürurun və mənliyin nə olduğunu yaxşı bilirik...
Biz yumşaq eyni zamanda çox ciddi və güclüyük...
Biz sınağı bir hədiyyə olaraq qəbul edirik..
Hər bir göz yaşımıza görə-Allaha minnətdarlığımızı bildiririk!


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi mesajları
loading...