Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yene Oyrendim

İnsanları nə qədər düşünsən düşün, Onların səni o qədər düşünmədiklərini öyrəndim.

Güvən əldə edə bilmək üçün illərin lazım olduğunu, Amma yox etmək üçün saniyələrin belə çatdığını öyrəndim.

Əhəmiyyətli olanın həyatındakı əşyaların deyil, Həyatdakı kəslərin olduğunu öyrəndim.

Sevdiyin kəslərə sevgi dolu sözlər söyləməyin lazım olduğunu, Bəlkə bu son dəfə son görüşün ola biləcəyini öyrəndim.

İnsanların səni həmişə hesabsız sevdiyini, amma bunu necə göstərəcəklərini bilmədiklərini öyrəndim.

Əsəbiləşdiyimdə həqiqətən buna dəysə belə əsla mərhəmətsiz olmamağımı öyrəndim.

Əsl dostluğun və əsl sevginin aramızda uzaq məsafələr olsa belə böyüdüyünü öyrəndim.

Birinin səni istədiyin kimi sevməməsi, onun səni bütün mənliyiylə sevmədiyi mənasını vermədiyini öyrəndim.

Bir yoldaşın nə qədər yaxşı olursa olsun səni üzəcəyini və sənin yenə də onu bağışlamağın lazım olduğunu öyrəndim.

Bəzən başqaları tərəfindən bağışlanılmanın çatmadığını öyrəndim. Özünü də bağışlamağı öyrənməlisən.

İki adamın tamamilə eyni olan bir şeyə baxdıqlarında belə fərqli şeylər görə bildiklərini öyrəndim.

Səni doğru dürüst tanımayan kəslərin, həyatını bir neçə saat içində dəyişdirə biləcəklərini öyrəndim.

Verə biləcəyin bir şey qalmadığında belə bir yoldaşın ağladığında, ona kömək edə biləcək gücü tapa biləcəyini öyrəndim...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi mesajları
loading...