Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niye Geldin Axi?

Niyə gəldin, axı,
Səni mən çağırmamışdım.
Özün gəlmişdin,
qara bir sevda kimi,
Ürəyimin əkin yerinə
quş dimdiyindən düşən buğda kimi
Cücərməyəydin gərək,
həsrətinlə baş – başa qalacaqdımsa,
Gözləyə - gözləyə heykəl kimi donacaqdımsa,
heç gəlməyəydin gərək...
Duru gölə daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltək
öldürməyəydin gərək,
Şamın son şöləsini
söndürməyəydin gərək,
Niyə gəldin sən, axı,
Heç gəlməyəydin gərək...

Bir quş yuvası kimi
ürəyim boş qalıbdı.
Sənə kim bağışlayar
bu çəkilməz günahı?!
Niyə gəldin sən, axı...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi mesajları
loading...