Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!
~~~~~~~~~~~~~~~~~~
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı…
~~~~~~~~~~~~~~~~~~
Yaman darıxmışam…Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
~~~~~~~~~~~~~~~~~~
Yaman darıxmışam…Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım…
~~~~~~~~~~~~~~~~~~
Yuxuma gəlmişdin…Qısıldıq küncə
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm…
Tarix: 21.03.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Sevgi şerləri