Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən getmisən

Sən getmisən, sanma sevgim yox olub.
O ölməyib, yaşayır,əvvəlki tək.
O səninlə, mənim ilədoğulub,
O son dəfə mənim iləöləcək.

O taledən ikimizin payıdı,
İkimizin ürəyində göyərdi
Zaman-zaman neçə ildi, ay idi,
Hər gün bizim qəlbimizi döyərdi.

O düşmüşdü ağızlara, dillərə,
Nəğmələrin qanadında uçurdu.
Şer olub dolaşırdı elləri,
Öz qoynunu sevənlərə açırdı.

Müqəddəsdi... yaranmışdı çün haqdan,
Onu əyə bilməmişdi bir fələk.
Çıxmışdı hər imtahandan, sınaqdan,
İki ürək olmuş idi bir ürək.

Nə qədər ki, yaşayıram mən varam,
O da sağdır, demək o da yaşayır.
Ona bir yad nəfəs dəyə,qoymaram,
Mən bu yolda ağartmışam başımı.

İllər ilə yar qadasın yar alar,
İndi biz tək sevən hanı, əzizim?
Biz ikimiz o dastanı yaratdıq,
Mən, sən yazdıq o dastanı əzizim.

O dastanın öz ünvanı, öz adı.
Yalnız gülüm, bizim ikimiz olduq,
Həmi onun müəllifi, ustadı,
Həmi onun qəhrəmanı, biz olduq.

Güc alıram daim onun gücündən.
Onu yalnız zaman, silə biləcək.
O sədadır, o nalədir, içimdə.
Yalnız gülüm, o mənimlə öləcək.


Tarix: 29.10.2012 / 01:30 Müəllif: [Ram] Baxılıb: 1478 Bölmə: Sevgi şerləri
loading...