Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eh,yada düşdükcə xatirələrim...

Ömrün yollarını keçər-adlayar,
Şirin nağıl olar sənli günlərim!
Yenə ürəyimi həsrət odlayar,
Eh,yada düşdükcə xatirələrim...



O xoşbəxt günlərim getdi əlimdən,
Qəm dolur könlümə,görürəm səni!
Necə can qurtarım belə zülümdən,
Heç kim barışdırmır iki küsəni...



İndi,ay insafsız,özün də bax bir,
Gözümün ağı da qaraldı sənsiz!...
Axı unutmaq da asan deyildir,
Ömrüm xəzan oldu-saraldı sənsiz..


Tarix: 27.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...