Birini sevirsən canından artıq,
Bir də görürsən ki, etdi xəyanət.
Qarşıda bir yol var, ancaq ayrılıq,
Qarşıda seçim var: nifrət, məhəbbət.
Seçsən məhəbbəti, qürurdan əl çək,
Qürur olan yerdə məhəbbət nədir?!
Qəlbində böyüsün gizli bir çiçək,
Kim nə deyir-desin, boş əfsanədir.
Vicdanin ağlasa, seçsən nifrəti,
Unut o sevgini, o məhəbbəti,
Yolunuz, qəlbiniz olsun tam ayrı,
Arzular, ümidlər, istək-kam ayrı.
Ağlınla, fikrinlə seç bir gözəl qız,
Bəlkə xoşbəxtliyi sən tapdın onda.
Bəlkə də axırda qalacan yalqız,
Xoşbəxtlik bədbəxtlik olacaq sonda.
Yox...belə yaşamaq deyildir həyat,
Həqiqi həyatlar qəlblə yaşanır.
Daima qəlbinin dərininə bat,
Gör ürək istəyir, yoxsa ki danır...
Hər zaman qulaq as qəlbin səsinə,
Unut düşünməyi, sən boş ver başa.
Baxma keçmişinə, gələcəyinə,
Bu anda olanı bu anda yaşa.
Xoşbəxtlik deyildir yaxşı yaşamaq,
Xoşbəxtlik ürəklə yaşamaqdadır.
Xoşbəxtlik ağılla daim çarpışmaq,
Xoşbəxtlik həyatla vuruşmaqdadır.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri