Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XANIM

Xanım,nahaqq sənə ümid olmuşam,
Sən də unudarsan hamı tək məni.
Görərsən hamıya unudulmuşam,
Sən də unudarsan hamı tək məni. Sevginin sonuna çatıb gedərsən,
Başımı sevgiylə qatıb gedərsən.
Sevgimi üstümə atıb,gedərsən,
Sən də unudarsan hamı tək məni. Görərsən devrəndə küləyəm ki,mən,
Görərsən bir sevən ürəyəm ki,mən.
Görərsən nəyinə gərəyəm ki,mən,
Sən də unudarsan hamı tək məni. Yatdığın gecələr gözümün ağı,
Nə gülməyi sevdim,nə ağlamağı.
Məni unutmağa nə var ki,axı,
Sən də unudarsan hamı tək məni.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi şerləri
loading...