GöRüŞəK BiR PaYıZ YaĞIşLı GüNdƏ...
Sənin də, Mənim də, arzu bağın da,
Görüşək bir PayıZ yağışlı gündə
Həsrətin saralmış Xəzan Çağında
Görüşək bir Payız yağışlı gündə.
O, qədər Həsrətli Xəzanlar oldu
Indi gəl sən, kövrək naxışlı gündə,
O, qədər Baharlar qəmin də, oldu
Görüşək bir payız yağışlı gündə.
Mənə söhbətini sözünü gətir,
Ruhumu isidən közünü gətir,
Məndən apardığın özünü gətir
Görüşək bir payız yağışlı gündə.
Göylərin üzündə ağalsın həsrət,
Gözündən süzülən səadətim də,
Ümid nəfəsinə dönsün Məhəbbət,
Görüşək bir payız yağışlı gündə.
Müəllif: Divanə
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 163 Bölmə: Sevgi şerləri
loading...