Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgim günah

Baxışları məni özündən çox uzağa qovardı,
Rəngini təyin edə bilmədiyim gözləri vardı.
Gecə-gündüz görürəm xəyalını, yumuram
Gözləri bəlkə işdi itərsən ağılımdan, amma ki gəlir ardı.
Sussam, alınmazki, ürək sevgi qussa,
Udsam, ya da bu oyunda mən qalib gəlib, udsam.
Unutsam, yenə geri gələr, xəyalda həmin qızsa?
Sükut, qələbə, faciə, sonda yenə sükutsa?!
Düşünməyim onu hətta sevgim kimi günah,
Həm də gərək yoxdur inan, ki qəlbim, kini burax.
Nəyə lazım qürur axı, gəl təmkini qıraq,
Sevgimin borcudur ürəkdə qəltan kiri yumaq.
Yorulub çox, qəlbin yarım hissəsi tərdi,
Çökdüm yerə, yerdən qopulan zəif diz səsi gəldi.
Məncə hər kəs bilməlidir, ki bu oğlan dəlidir,
Mənə nədənsə sevgi dənizində boğulan əl edir.
Heydən düşdüm, yox güc, səbrimi sıx, Allah,
Ey məni özümdən alan, gəl saçımı sığalla.
Zamansa şərti pozar, oyun olar mı cığalla?!
Çox halda dik dursan belə səni gec-tez yıxarlar.
Dahiyə pəri dönür, ancaq qafiyələri sönür,
Bir də gözünün önündə sonuncu xatirələri görür.


Tarix: 26.12.2014 / 12:45 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Sevgi şerləri
loading...