Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yıxılır

Çaşıb solunu-sağını,
Hamı bir ucdan yıxılır.
Yadırğayıb uçmağını
Quşlar ağacdan yıxılır.

Üz tutub haqqın yoluna
Gedənlərin vay halına,
Baş əymir dünya malına,
Qəpik-quruşdan yıxılır.

Öz dərdini çəkir hərə,
Öz dibinə çökür hərə,
Öz alnını iki yerə
Bölən qırışdan yıxılır.

Qocalır ağıldan, huşdan,
Cavanlar bir şux baxışdan,
Xanımlar bir yalvarışdan,
Bir aldanışdan yıxılır.

...Belədi, atam, belədi,
Buyruq Allahdan belədi,
Bu dünya çoxdan belədi,
Lap yaranışdan yıxılır...


Tarix: 27.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Sevgi şerləri
loading...