Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Heç Sevdinmi əsla Sənin Olmayacaq Birini...?

Sən heç görmədiyin birinin gözlərini
Hər gün,hər saat xatırladınmı..?
Heç tutmadığın əlləri axtardınmı..?
Heç iyləmədiyin bədənin qoxusunu
bu qədər ürəkdən hiss etdinmi..?
Həmişə o qoxunu birgün içinə çəkəcəyini
Xəyal Etdinmi..?
Bütün imkansızlıqlar içində ümid edə bildinmi..?
Sən heç sevdinmi əsla sənin olmayacaq birini..?
Ürəyinlə istədinmi əsla olmayacağını bilə-bilə...!

Ümid etdinmi,yalvardınmı Allaha
Bir şirin sözüylə üzündə güllər açdımı..?
Ən sadə sözcüklər belə
Yalnız onun dodaqlarında məna tapdımı..?
Səsini eşidincə gözlərindəki işığı
Kilometrlər ötəsindəkilər belə fərqinə vardımı..?
Sən heç sevdinmi əsla sənin olmayacaq birini..?
Gözlərin deyil ürəyin ağladımı onun üçün
Dodaqların başqa söz söyləyərkən?


Ürəyin dodaqlarına inad "O"nun adını çağırdımı..?
Ondan xəbər almadığın günün zindan oldumu..?
Sən heç sevdinmi əsla sənin olmayacaq birini..?
Səni saymadığını anladığın an yaşamın anlamını itirdimi..?
Üsyan etdinmi onsuz doğan hər günə
Onu sənə gətirməyəcək olan bir sonrakı günə
Və inadla gözlədinmi..?Əsla gəlməyəcək olan sevgilini..!
Sən heç Sevdinmi
Əsla sənin olmayacaq birini..?
Çarəsizliyin nə olduğunu ən dərindən hiss etdinmi..?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi şerləri
loading...