Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Geler Olmadim...

Neynirdim bu boyda ömrü ilahi,
Bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
O da ki gözümü qapamaq üçün.

Mən ki GÜNÜN gecə gözətçisiydim,
Niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
O da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə
Nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
Gəl gedək oturub saata baxaq.

Alın yazısında imza yeri boş –
Edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
Bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir "yox" de mənə,
Hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
Ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
Mən gələr olmadım, yolu qarşıla.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri
loading...