Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şagird məktubu (Etiraf)

Hər tənəffüsdə səni gizlicə izləyən mənəm, bil,
Sənə həsr etdiyim yazını cır, ya götür qələm, sil.
Ən gic adam mən, xoş xatirə ürəyi gəmirir,
Səni özgəsiylə görəndə sanki beyinə soxurlar dəmiri.
Boş sarayda əks sədayla qəlbimin bağırmaları,
Keçmişləri at kənara, gəl gedək, çağırma onları.
Bağışla sevgimə görə məni, ya da sakitcə qarğışla,
Sənin qəribə gözlərin gözlərimi sakit axtararmış da.
Mənim ən zəif tərəfim utanmağımdı,
Əfələm, gözlərinin içində qar bağlayıb batan ağlımdı.
Bu əsl həyat deyil, uydurduğum nağılımdı, bu qədər,
Və də xəyal qurmağ üzrə mütəxəssisdi fağır bu gədə.
Digərləri gözəlliyə vurular, mən yerişini sevirəm,
Kimlər ağladar həzz alar, mən gülüşünü sevirəm.
Ruhumun son qaça biləcəyi yer nədənsə sənsən,
Olmaz, dəli demə, Məcnun yerinə mənsə sərsəm.
Qovuşmaq mümkün deyil Fərat və Dəclə kimi,
Yenə də ürəyin qanaması tutdu, çağır həkimi.
Sən şərq şahzadəsi, bəs mən yanında axı kiməm ki,
Sən ürəyimi yerindən çıxarsan mən dinmərəm ki.
“Sevgi paxıl, ya da ki nağıldı” axı deyib özgələr,
Göz dələr baxışların, məncə bu qədər kəlmə, söz hədər.
Gələcəm yanına, bu hisslərlə qəlbimdə boğulanda,
Hər nə olmasa da, çoxdu sevgi bu oğlanda.
Yadımda qalan son baxışlarını tökdüm ağ kağıza,
İlk dəfə səni gördüyüm zamana, qaytar məni payıza.


Tarix: 26.12.2014 / 13:06 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Sevgi şerləri
loading...