Sevgilim belə bir qərar almışam
Ayrılaq bu eşqin sonu görünür.
Dərd kədər içində məskən salmışam,
Ürəyim arxanca gəzib sürünür.
Bu həyat gözəldi o vaxt gözümdə,
Yaman inanırdım məni sevirsən.
Bilmədim nə oldu inan özümdə,
Hər şeyi bir Allah, bir sən bilirsən.
Son dəfə görüşə dəvət edirəm,
Bəlkə də yaralar təzələnəcək.
Deməki xoşbəxt ol, çıxıb gedirəm!
Ovcuna gözümnən yaş ələnəcək.
Həmin o yaşları silmə əlinnən,
Öpərsən rəsmimi hər darıxanda.
Xoşbəxtlik arzumdu yar sevgilinnən,
Sal məni yadına ona baxanda.
Çox istəyərdim duyam səsini,
Qprxuram heç zaman qismət olmuya.
Keçməyə nə var ki, eşq tələsini?
Gözlərim gözünə həsrət olmuya.
Vecinə deyilmi çəkirəm nələr?
Sən isə kef çəkib, hey əylənirsən.
Səbr elə sevgilim, elə gün gələr,
Halallıq istəyib geri gələrsən.
Nə oldu sevgilim? Dərdini denən!
Unudum o ötən, baş verənləri,
Qıyarmı yarına söylə heç sevən?
Çaşdırır bizləri yan görənləri.
Tarix: 27.01.2015 / 12:35 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Sevgi şerləri