Yoxluğunun acısına dözmür ürək.
Hansı ümid, güman ilə
Bu hicranın yanğısına sinə gərək?
Gəl ki, sənin gəlişindən
Hamılıqla deyək, gülək...
Dözmür ürək!
Bu payızın hirsinə bax,
Ləçək-ləçək yarpaqları qırıb-tökür.
Camalının həsrəti də payız kimi
Xəzan edir ömrümüzü,
Ömrümüzün tellərini söküb-tökür.
Bir bülbüləm aşiq gülə,
Qaldım həsrət bircə gülə,
Mənsə güldən çox-çox uzaq,
Göz yaşlarım dönür selə.
Dözmür ürək!
İstəyirəm bir gül olum,
Bəlkə bir gün dərib məni,
Bəzəyələr stolunun üstünə.
Mən də ordan solanadək,
Həsrətilə baxım sənin üzünə
İstəyirəm bir quş olub
Hey başına dolanım.
Ey mənim ahım-amanım!
Ey mənim əsrim- zamanım!
Sən bir şam ol, mən pərvanə,
Qoy başına dolanım, şövqündən yanım!
İstəyirəm dönüb olam bir göz yaşı,
Qatarlanıb kirpiyinə düzülüm.
Min aləm nuru gözəl gözündən,
O xalə toxunub yanağına süzülüm.
Dözmür ürək!
Sənsizliyin ağrısına dözmür ürək.
Bu bəla çölündə, axır zamanda
Bir sairəm, səndən ilham alan mənəm.
Zaman keçir, gözü yolda qalan mənəm.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Sevgi şerləri