Xəyal...
Xəyalla yaşamaq,olmazmış daha,
O,başa gəlirmiş,mənə çox baha.
Min zülmət gecədən,bircə sabaha,
Oyanmış ümidlə,sevənlər,axı-
Gecələr, beləcə,görür sabahı.
Dəryasına düşsəm əgər,batacam.
Xəyalların qoynunda,çox yatacam.
Vaxt gələcək onları da,satacam.
Məndən başqa,kim alacaq onları?
Kimə lazım,kasıbın xəyalları?
Ən gözəl sözləri,düzəndə tək-tək
Sözlər də,bezərək söyləyir:” Əl çək!”
Ən gözəl sözləri mən tapanadək,
Hər sözə,bir xəyal,düşünüb qurdum.
Xəyaldır,əbədi,dəyişməz yurdum..
Tarix: 26.12.2014 / 14:26 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Sevgi şerləri
loading...