Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz Niye Beleyik.?

Sənsiz düşünmək belə çətin bilirsənmi?
Qarışıqlıqlar içindəyəm...
Nəyəm mən, niyə beləyəm bilmirəm...
Bildiyim bir şey var mən sənsiz
yoxam...
Mən sənsiz ola bilmirəm... Mən...
Sənsiz heçəm...
İndi səni sevmədiyimi düşünürsən,
bilirəm sənə güvənmədiyimi, səndən
soyuduğumu düşünürsən...
Dedim sənə.. Səssiz qalmaq istəyirəm..düşünmək
istəyirəm.
Özümü aldadıram səndə bilirsən.
Sən də özünü aldadırsan bilirəm. Biz
niyə beləyik?
Dedim axı sənə... Ayrılaq biz! Əllərimin
uyğunlaşmadığını hiss edəm o an...
Maraqlanma! Geydirmədim əsla bu
duyğunu eşqimizə.
Bunu istəmədiyini bilirəm...
Bunu sənə dedirtmək məcburiyyətində buraxdığım üçün
özümdən iyrənirəm.
Hər səfərində özümü sənsiz qoymağa
məcbur etdiyim üçün nifrət edirəm
mənliyimdən.
Gülüşünə dağları aşmağı gözə alan, mən niyə sənin yoxluğunla
barışmalıyam?
Niyə maneə ola bilmirəm sənə? Niyə
içindəki məni yox edə bilmirəm?Bir
uşaq kimi içindəki məni, o mənin
istəklərini basdıra bilmirəm? Özümü aldadıram...
Dalıram...
Sənsizliklə itirəm...
Telefonun zəng etməyişindəki səssizlik
zingildəyir qulaqlarımda..
Oyandırır məni daldığım sənsizlikdən...Yenə soruşuram
özümə..Necə bacarırsan hər yerdə
mənimlə olmağı? Yuxumda,
oyandığımda, xəyalımda, yolumda...
Bu bir bacarıqsa əgər niyə mənim
yanımda deyilsən həqiqətən? Niyə tuta bilmirəm əlini? Niyə toxuna bilmirəm
əllərinə? Niyə birlikdə ola bilmirik?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...