Bu Esqin Alovu Sonub Deyesen
Həsrət yollarinin yoxuşlarinda,
Üzun bu sevgidən dönüb deyəsən,
Soyuqluq hiss ettim baxişlarinda,
Bu eşqin alovu sönüb deyəsən...
De nəyi tutmusan sevgidən baha?
Qoy yenə mən batim naləyə, aha,
Gözün əvvəlkitək parlamir daha,
Bu eşqin alovu sönüb deyəsən...
Bağlanan qapilar birdə açilmaz,
Taledən qismətdən inan qaçilmaz,
Sönən alovlardan şölə saçilmaz,
Bu eşqin alovu sönüb deyəsən....
Sən mənə bəxş ettin kədəri, qəmi,
Məhv ettin hər şeyi, qirdin qəlbimi,
Ümid çirağimin söndüyü kimi,
Bu eşqin alovu sönüb deyəsən....
Müəllif : Şəhriyar İbrahimov
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 167 Bölmə: Sevgi şerləri
loading...