Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HESRET.....

Hər şeyin əvvəli, bir də sonu var,
Mənim bu eşqimdə son olmayacaq.
Bizi ayırsa da keçilməz divar,
Ürəyim həsrətdən yorulmayacaq.

Alnımda artacaq qırışın sayı,
Həsrətdən od tutub yanacaq könlüm.
Sənsiz yola salıb baharı, yayı,
Şaxtada, çovğunda donacaq könlüm.

Bütün ümidimi üzsəm də səndən,
Üzdə şadlanaraq güləcəyəm mən.
Gerçəkdə inciyib küssəm də səndən,
Röyada yanına gələcəyəm mən.

Ömür yollarında əsəndə yellər,
Başım dik duracaq, əyilməyəcək.
Ötəcək fəsillər, ötəcək illər,
Dərdimi bir tanış, dost bilməyəcək...

Bu eşqin qəbrədək qalacaq izi,
Saçımda çoxalan dən olacaqsan.
Yanımda hər zaman başqa birisi,
Qəlbimdəki yara sən olacaqsan.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi şerləri
loading...