Men Seni Yeniden Seve Bilmerem
Adinin qəlbimdə ayridir yeri,
Nə onu unudub, nə də silmərəm.
Qayitmaq istəsən, qayitma geri.
Mən səni yenidən sevə bilmərəm...
Təzə qapanibdir hələ bu yaram,
Mən sənə günaham, sən mənə haram.
Şirin xatirətək xatirlayaram,
Mən səni yenidən sevə bilmərəm...
Toxunar qəlbimə hər ağrili söz,
Buraxdin arxanca neçə nəmli göz,
Mən necə dözmüşəm səndə elə döz,
Mən səni yenidən sevə bilmərəm....
Vurmusan qəlbimə neçə dağ, yara,
Hicranin ömrümü çəkibdir dara,
Bəs niyə getmişdin sən uzaqlara??
Mən səni yenidən sevə bilmərəm...
Necə yaşamişam, kədərlə ortağ.
Yenə yaşayaram,sənsiz ölmərəm,
Nə kömək lazimdir edərəm, ancağ
Mən səni yenidən sevə bilmərəm...
Müəllif : Şəhriyar İbrahimov
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 194 Bölmə: Sevgi şerləri
loading...