Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGILIMI GORDUNUZMU

Söz demişəm, bircə sözdən
küsüb gedib,
Dəli səhra küləyitək
əsib gedib.
Son görüşdə son ümidi
kəsib gedib, Kaş biləydim, indi yeri
dağmı, düzmü,
Ey səhralar, sevgilimi
gördünüzmü? Taleyimin naxışıydı,
sonasıydı,
Həyat qədər həyatımın
mənasıydı.
Sularımın yaşılbaşlı
sonasıydı, Kimə deyim, güman yerim
birmi, yüzmü,
Ey dəryalar, sevgilimi
gördünüzmü? Şirin dillə taleyimə
yağ-bal çəkib,
Gah kiriyib, gah dillənib,
gah lal çəkib.
Əllərimin əvəzinə
sığal çəkib, Yaz mehiylə saçlarını
hördünüzmü,
Ey küləklər, sevgilimi
gördünüzmü? Yanaqları dan üzüydü,
dan yeriydi,
Dodaqları vermək üçün
can yeriydi.
Baxışları qırğın yeri,
qan yeriydi, Oda düşən ruhmu, canmı,
əlmi, üzmü,
Ey sevənlər, sevgilimi
gördünüzmü? Yanağı yaş, kirpikləri
nəm olacaq,
Ömrü, günü hicran dolu
qəm olacaq.
Deyirlər ki, vəhşilərə
yem olacaq, Aman Allah, deyilənlər
görən düzmü,
Ey şübhələr, sevgilimi
gördünüzmü?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi şerləri
loading...