Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVSƏYDİN
***
Sevseydin dünyalar menim olardı.
Menim de hamı tek üzüm gülerdi.
Sevseydin üreyim cavan qalardı.
Ne de gözlerimden yaş tökülerdi.
***
Ne qeder yalvardım, sevmedin meni.
Diline sevirem getirmedin sen.
Bir arzum qalmışdı seninle bağlı.
Onu da yerine yetirmedin sen.
***
Demek ki, boşuna yaşamışam men.
Ömrüm de günüm de gedibdir bada.
Gedirem bu yerden çox uzaqlara.
Belke görüşmedik sene elvida.
***
müellif: Nüsret Hesen
9 mart 2010


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 225 Bölmə: Sevgi şerləri
loading...