Qorxdum (Qarşılıqsız sevgi)
Niyə məndən uzaq durdun.
Könlümü yerdən-yerə vurdun.
Bir də yox deyib durdun.
Yox deməyindən qorxdum.
Utandım qarşına çıxmağa.
Nazlı gözlərinə baxmağa.
Sən baxmazsan bu axmağa.
Bunu deməyindən qorxdum.
Ürəyimdə toplandı bir yara.
Bu yaramı dedim kim sara?!
Düşünürsən ” mən hara,sən hara.”
Müqayisə etməyindən qorxdum.
Aylarca gizlənib səni izlədim.
Gül üzünə baxıb özlədim.
“Səni tanıyacam” deyib gözlədim.
Görə bilməməyindən qorxdum.
Səni düşünərkən nə yemək yedim.
Çarələr axtardım mən nə edim.
Son anda çıxıb “yox dedin”
“Yox deməyindən” qorxdum.
Qorxmaq fayda vermədi mənə.
Yenə də yazıb yox dedin mənə.
Gözlərəm cavabın mən yenə.
Yenə yox deməyindən qorxdum.
Tarix: 26.12.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Sevgi şerləri
loading...