Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilki unuda bilmədim

Mən, arxandan yalnız baxdım.
Halbuki; söyləyəcək o qədər çox şeyim vardı ki...
" yaxşıya dair nə varsa içimdə itirəcəyəm hamısını.
sönəcək içimdəki atəş
və bir daha heç kim yandıra bilməyəcək.
qaranlığa məhkum edəcəksən günlərimi
O qaranlıqda yolumu itirəcəyəm" deyəcəkdim sənə.
Danışa bilmədim...

Getdin...
Gedişini görməmək üçün gözlərimi bağladım
Elə ağrıydığı içim, tutub qoparsadılar qolumu
qıçımı bu qədər acı duymazdim
Ağrım yaş olub axmalı idi gözlərimdən.
Ağlaya bilmədim...

Getdin...
Gedişini önləmək üçün tutmaq vardı əllərindən
Əllərim deyil idimi hər toxundugumda səni ürpərdən?
Ürpərdin yenə bilirəm.
Bir dəfə toxunsam bir dəfə tutsam əllərini
Getmək üçün yığdığın bütün cəsarətin itərdi.
Tuta bilmədim.

Getdin...
Bir dağıtma kimi idi gedişin
Sən addım-addım uzaqlaşarkən məndən
Çöküb qaldı bədənim olduğu yerə
Nə qədər tərk edişlərə dözən ürək bu dəfə məğlub olmuşdu
Bu qədər zəif deyildim mən qalxmalıydım.
Qalxa bilmədim...

Getdin...
Halbuki gəldiyin gün gedəcəyini bilirdim
Hazırdım gedişinə,
Qaçaq zamanları yaşayırdıq
Zaman bitəcək və sən gedəcəkdin
Mənsə, gedişinin sabahısı günü
Həyatıma qaldığım yerdən yenidən başlayacaqdım.
Başlaya bilmədim...

Getdin...
Bir şey söylədinmi gedərkən?
"Qal" dəməmi istədinmi?
Son bir dəfə "səni sevirəm" dedinmi?
"Gözlə məni dönəcəyəm" deyə ümid verdinmi?
Beynim elə uğulduyurduki.
eşidə bilmədim...

Getdin...
Hara getdiyin əhəmiyyətli deyildi
Minlərlə kilometr uzaqda da olsansa,
iki metr kənarımda da fərqinə varmırdı.
Artıq yox idin və əsl bu düşüncə məni iflic edirdi.
Xilas olmalıydım səndən,
bu yoxluq duyğusundan xilas olmalıydım.
Xilas ola bilmədim...

Getdin...
Unudulanların arasına qatılmalıydım
Xatirələri bir sandığa qoyub
həyatın bir yerindən tutmalıydım.
Bu eşq nöqtələnilməli idi, bu sevdadan imtina etməliydim.
Edə bilmədim...

Getdin...
Bir okeanın ortasında
tək kürəyi itmiş qayıqda
Nəhəng dalğalarla boğuşan bir dənizçiyəm indi.
Bil ki; sevməkdən imtina etmədim səni,
Bil ki; səninlə birlikdə sevdanı da daşıyacağam ürəyimdə,
Bil ki; səni Unuda bilmədim.


Tarix: 04.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Sevgi şerləri
loading...