Sevərsənmi?
GÜNƏŞ OLUB SƏNİN ÖMRÜNƏ SAÇSAM,
QƏLBİMİ,SİRRİMİ TƏK SƏNƏ AÇSAM.
SƏNİ GÖTÜRÜB EŞQ DÜNYAMA QAÇSAM,
SEVƏRSƏNMİ SÖYLƏ O ZAMAN MƏNİ.
HEÇ KİMİN YOX YALNIZ SƏNİNƏM DESƏM,
RUHUMU AYAĞININ ALTINA SƏRSƏM,
DÜNYANIN İÇİNDƏ DÜNYAMSAN DESƏM,
SEVƏRSƏNMİ SÖYLƏ O ZAMAN MƏNİ.
ŞİRİN DUYĞULARLA QƏLBİNƏ DOLSAM,
UĞRUNDA GÜL KİMİ SARALIB,SOLSAM.
ÖMÜRLÜK SƏNƏ VƏFALI YAR OLSAM,
SEVƏRSƏNMİ SÖYLƏ O ZAMAN MƏNİ.
DESƏM SƏNSƏN MƏNİM ARZU,DILƏYİM,
KÖKSÜMDƏ ÇIRPINAN,VURAN ÜRƏYİM.
SU KİMİ HAVA KİMİ MƏNİM GƏRƏYİM,
SEVƏRSƏNMİ SÖYLƏ O ZAMAN MƏNİ.
Tarix: 26.12.2014 / 12:35 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...