Əvvəlki adamdan əsər də yoxdur.
Deyirlər tanınmaz hala düşmüsən,
Hardasan, necəsən, xəbər də
yoxdur?! Deyirlər, küsmüsən bəxtə, qismətə,
Qırışıb üz-gözün, ağarıb saçın,
Nəinki sevgiyə, saf məhəbbətə,
Bircə xoş sözə də var ehtiyacın... Deyirlər, hər səhər əlin əsərək,
Köhnə bir şəkili öpüb gülürsən,
Ayağın tutulub qoca qarıtək,
Divardan yapışıb gəzə bilirsən... Deyirlər, bir sənsən, bir də boş
otaq,
Təkliyə qapılıb fikirləşirsən,
Kiminsə adını sayıqlıyaraq,
Özündən cıxırsan, əsəbləşirsən... Deyirlər, ilk görüş yerindən hər
gün,
Boş oturacağa baxıb keçirsən
Gözünün yaşını gizlətmək üçün,
Əlini üzünə sıxıb keçirsən... Deyirlər, yalandan gülürsən üzdə,
Ürəyin kədərə bürünür yenə,
Hər gecə qaranlıq həyətinizdə,
Bir kişi kölgəsi görünür yenə...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi şerləri