Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz illərim

İl üstünə il gətirib,
Bir ağır nısgil gətirib.
“Məzarıma gül gətirib,”
Səni məndən alan hər il.

Unutmağa adət edib,
Sevincimi həsrət edib.
Yaddaşa xəyanət edib,
Səni məndən alan hər il.

Baharıma qış gətirib,
Sevgiyə qarğış gətirib.
Diləyimi boş gətirib,
Səni məndən alan hər il.

Gələndə sənsiz, tək gəlib,
Yalan dolu diltək gəlib.
Qəfildən, ölümtək gəlib,
Səni məndən alan hər il…


Tarix: 26.12.2014 / 12:38 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Sevgi şerləri
loading...