Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Dost Ola Bildik Nede Sevgili.

Azacıq bir ümid vermədin mənə,
Dedim, qoy xoş günlər yaşadım sənə,
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili.
Əlindən tutmaq da mənə bəs idi,
Sevməyib bilmədin sevgi qədrini,
Sevmək sənin üçün bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili.
Bu məhəbbət nədir, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax görürsənmi?
Nə dost ola bildik, nə də sevgili.
İndi yad ellərdə məskən salmışıq,
Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,
Sanki bir-birimizi tanımamışıq,
Nə dost ola bildik, nə də sevgili..
Mənli günlərini düşünmə anma
Ağlımın ucunda gəlib dayanma
Alışma boşuna alışma yanma
Nə dost ola bildik, nə də sevgili..
Eşqin alovunda sevgi odunda
Ömür çırağımız söndü yolunda
Qovuşa bilmədik heyif sonunda
Nə dost ola bildik, nə də sevgili..
Mən ki səhv demədim, söylədim düzün,
Heçvaxt dinləmədin Rusifin sözün,
Elə bu səbəbdən ay canım, gözüm,
Nə dost ola bildik, nə də sevgili.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...