Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GIZLI SEVGI

Gizli sevgi

Bir yerdə olan kimi, bu qismətə şadlanırıq,
Kimsə bir yerdə bizi, görər deyə saxlanırıq.

Bu gizli görüşmənin,bir adı yoxdur bilirəm.
Mən də hiss eyləyirəm, bir ad üçün yadlanırıq.

Hər görüşdə neçə yol,eşqə aid sual çıxır,
Mənasız suallara əsəbləşib,xoflanırıq.

Səni bildim havadar, xəstə, viranə könıümə,
Bir görüşdən ötəri, hər əzaba qatlanırıq.

Yalana əl atırıq,boynu bükük uşaq kimi,
Qorxuruq çıxar üzə, maska taxıb boylanırıq.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi şerləri
loading...