Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz mən

Bax mənim gözümə nələr görürsən?
Puç olmus arzular, kədər görürsən?
Yorğun baxışların arxasında sən
Ömrü heç olan bir nəfər görürsən?

Qəlbimə vurulan ox olmusan sən
Pis gündə yanımdan yox olmusan sən
Günahı özgədə niyə axtarım?
Dərdimə səbəbkar çox olmusan sən

Sən mənə öyrətdin kədəri, dərdi
Deməki bu hisslər gəldi – gedərdi
Məni tərk eyləyib gedəndən inan
Sənsiz hər saniyəm mənim hədərdi

İnan ki, unuda bilmirəm səni
Yaman bağlamısan özünə məni
Mən çox çalışırdım unutmaq üçün
Səninlə bərabər ötüb keçəni


Tarix: 26.12.2014 / 12:32 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Sevgi şerləri
loading...