Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedirsən....

Baxışlarım yollarının yorğunu,
Ürəyimi oyur üzür nədirsə.
Ürək çəkməz mən çəkdiyim ağrını,
Məni niyə tənha qoyub gedirsən?!

Kim duydurar duydurduğun duyğunu,
Baxışların nar çiçəyi uyğunu,
Ərşə çəkib göstərdiyin qayğını,
Ürəyimə dərd doyurub gedirsən.

Əlçatmazdır sənlə ötən hər anım,
Taleyimdə yerin boşdur, nə danım.
Mən alaram sənə gələn qadanı,
Bu arzuya necə qıyıb gedirsən?!

Zaman qoymaz bir də bizi üz-üzə,
İstəyimiz tuş gəlməsin pis gözə,
Bu qarğışı kim eylədi, kim bizə
Sözlərimdən vaxtsız doyub gedirsən.

Dilim gəlmir qəlbimdəkin danışam,
Nə çəkirsən, mən çəkmişəm, tanışam,
Yol gedirəm vüsalına qovuşam,
İstəyimi gendən duyub gedirsən.

Qəmə dözüm nə səndə var, nə məndə
Həsrət üzüb, can qalmayıb bədəndə,
Özün ilə apar məni gedəndə,
Ürəyimi niyə oyub gedirsən?!

Nə qədər ki sənin kimi bəndə var,
Qəlbimizdə sevgi adlı kündə var,
Nələr ötdü, hələ nələr öndə var,
Boş söhbətə, sözə uyub gedirsən,
Məni niyə tənha qoyub gedirsən?!


Tarix: 26.12.2014 / 12:22 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Sevgi şerləri
loading...